Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Köhnə Qorxular

Ramiz Rövşən

Öne Çıkan Köhnə Qorxular Gönderileri

Öne Çıkan Köhnə Qorxular kitaplarını, öne çıkan Köhnə Qorxular sözleri ve alıntılarını, öne çıkan Köhnə Qorxular yazarlarını, öne çıkan Köhnə Qorxular yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sən birdən getmədin, yox, hər gün bir az getdin, bir az. Bəlkə, qorxdun- birdən getsən, bu ürəyim tablamaz.
Təpədən dırnağa hirs içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm. Bu hasar içində, bu hirs içində ürəyim özünə yer tapa bilməz. Bir çiçək qoxusu, bir quş səsi də daha ürəyimə yol tapa bilməz. Səpdim öz yarama mən öz külümü, adam öz külünə bulanır belə. Dişim parça-parça kəsir dilimi: şerim hecalara bölünür belə. Mən belə adamam, məndən uzaq gəz, uzaq gǝz xeyrimdən, şərimdən mənim. Daha bu qələmim çiçək bitirməz, qızlar çələng hörməz şerimdən mənim. Qaçdım məni sevən gözlərdən daha, hamının sevgisi gözündə qalsın. Ev tikən deyiləm sözlərdən daha, qoy hamı o çölün düzündə qalsın.
Sayfa 138Kitabı okudu
Reklam
Yox, dəymə heç nəyə, qoy belə getsin, Əl vurma bu ömrün axarına sən. Gün-günə calansın, il-ilə yetsin, Gedib çıx bu ömrün axırına sən.
Deyərdi: "Dünyayla öz aranda sən Dərdi sərhəd kimi, sədd kimi çəkmə. Bir azca ümid qat, başını aldat, Dərdi kef kimi çək, dərd kimi çəkmə." Axırda deyəsən el üzdü məndən Qəlbimi tər təmiz süpürdü getdi. Dedi:" Dərd çəkməyə dəyməz bu dünya" Dedi və dünyaya tüpürdü getdi.
Sayfa 26
Mən sərxoşluq anında
İndi yer kürəsini divarlardan yapışıb saxlamaq istəyirəm. Gücüm çatmır, neyləyim, divarlara söykənib ağlamaq istəyirəm...
Sən Birdən Getmədin,Yox
Sən birdən getmədin,yox hər gün bir az getdin , bir az. Bəlkə ,qorxdun - birdən getsən,bu ürəyim tablamaz. Bu necə oldu axı? Gündən - günə tərgitdin hər öpəndə
Sayfa 146 - Ramiz RövşənKitabı okudu
Reklam
Bu göylər altında nəyim var mənim? Bir cüt ayağım var, bir cüt əlim var, bir ürəyim vardı bir də haçansa... ...Bir də ürəyimdə bir kədər vardı, qısılıb qəlbimin uzaq küncünə...
İndi ürəyimdə rahatçılıqdı İndi kimsəsizdi ürəyim tamam Sən demə, yiyəsi o kədər imiş... Diksinib gözümü açım bir anda, Onu başım üstə görüm duranda.
Sayfa 27
Dünyayla öz aranda sən dərdi sərhəd kimi, sədd kimi çəkmə. Bir azca ümid qat, başını aldat, dərdi kef kimi çək, dərd kimi çəkmə.
Yaşın iyirmisində, ya otuzunda- yetim kimi qalırsan bu ömrün ortasında. Çığırmaq istəyirsən, içindən səs də gəlmir. Ağlına bir doğma ad, bir doğma üz də gəlmir.
122 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.