Gönderi

Təpədən dırnağa hirs içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm. Bu hasar içində, bu hirs içində ürəyim özünə yer tapa bilməz. Bir çiçək qoxusu, bir quş səsi də daha ürəyimə yol tapa bilməz. Səpdim öz yarama mən öz külümü, adam öz külünə bulanır belə. Dişim parça-parça kəsir dilimi: şerim hecalara bölünür belə. Mən belə adamam, məndən uzaq gəz, uzaq gǝz xeyrimdən, şərimdən mənim. Daha bu qələmim çiçək bitirməz, qızlar çələng hörməz şerimdən mənim. Qaçdım məni sevən gözlərdən daha, hamının sevgisi gözündə qalsın. Ev tikən deyiləm sözlərdən daha, qoy hamı o çölün düzündə qalsın.
Sayfa 138Kitabı okudu
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.