En Eski Komandir Sözleri ve Alıntıları

En Eski Komandir sözleri ve alıntılarını, en eski Komandir kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Komandir Sumqayıtda
Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç birimiz dərdimizi unuda bilməyəcəyik.
Sayfa 194 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Kəşfiyyatçı Prizması
Kəşfiyyatçı üçün sakitlik, hadisəsizlik, hərəkətsizlik yoxdur. Sakitlik, hadisəsizlik, hərəkətsizlik özü də məlumatdır.
Sayfa 109 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Reklam
Əsas sevgidir.
Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.
Sayfa 98 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Anlayana...
Əslində, təbiət həmişə insanla danışır, sadəcə bunu anlayan var, anlamayan var.
Sayfa 105 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Komandir
Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi-bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?
Sayfa 196 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Vətən nədir...
Əsgərlərimin qız sevdiyini eşidəndə, ata-anasını, bacı-qardaşını, dost-tanışını xatırlayıb darıxdığını görəndə sevinirəm. Hər şey burdan başlayır. Ev-eşik, ailə, qohum-əqrəba, kənd-kəsək, tay-tuş, dost-tanış, qız-qadın sevgiləri cəmləşib vətən sevgisini əmələ gətirir. Vətən - bu saydıqlarımın cəmidir. Balaca sevgilərin hansınasa ilişib qalan balaca adamdır.
Sayfa 284 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Reklam
Komandirin əsgərlərinə verdiyi suallar...
Üç sualı vardı: ac deyilsən, yuxun gəlmir, üşümürsən?
Sayfa 288 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
Başa düşən üçün hər şey işarədir.
Əslində təbiət həmişə insanla danışır, sadəcə bunu anlayan var, anlamayan var.
Sayfa 105 - Mənəvi Dəyərlərin Təbliği FonduKitabı okudu
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.