Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Let Him Stay With Us

Magsud Ibrahimbeyov

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
10/10 puan verdi
·
Beğendi
Çox təəssüf ki, mən Maqsud İbrahimbəyov’la 25yaşıma bir qarış qalmış tanış oldum. Heç şübhəsiz uşaqkən oxumuş olsaydım yəqin ki, balaca şəhzadə, alisa qədər çox sevərdim. Bu yaşımda oxumağın qatdığı ən gözəl şey isə daha dərin analiz edə bilməyim oldu. İbrahimbəyov, uşaqların keçirtdiyi hissləri o qədər dərin, gözəl qələmə töküb ki, psixologiyasını o qədər gözəl xırdalayıb ki, çox həzz alaraq oxudum! Xoş mütaliələr, Sevgi ilə qalın!
Let Him Stay With Us
Let Him Stay With UsMagsud Ibrahimbeyov · Teaspress Nəşriyyatı · 20209 okunma
Reklam
218 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Maqsud İbrahimbəyovla tanışlığım 11-12 yaşlarıma təsadüf edir. “Bütün yaxşılıqlara görə ölüm” povestini oxuyarkən az qala yaşayırdım həmin hadisələri. Təbii ki, bunda yaşımın da böyük payı vardı. Uzun zaman yazarın əsərlərinin nəşr olunduğunu görmürdüm. Ta ki, yenidən nəşrləri başlayana qədər. Kitabdakı illüstrasiyalar da çox qəşəng idi. Bu kitabda iki povesti cəmlənib: “Qoy o, bizimlə qalsın” və “Bütün yaxşılıqlara görə ölüm”. Düşünürəm ki, yazarla orta məktəb çağlarında tanış olan kəslər daha şanslıdırlar, elə mənim özüm kimi. Amma nə zaman oxusanız gec deyil, yetər ki oxuyun. Məmnunəm, Maqsud İbrahimbəyov!
Qoy O, Bizimlə Qalsın
Qoy O, Bizimlə QalsınMagsud Ibrahimbeyov · Teaspress Nəşriyyatı · 20209 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.