Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əllinci Payız

Fatima Behbudi

Əllinci Payız Gönderileri

Əllinci Payız kitaplarını, Əllinci Payız sözleri ve alıntılarını, Əllinci Payız yazarlarını, Əllinci Payız yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əlimi ona uzadır, ancaq toxuna bilmirəm. Boğazımı qəhər tutur. Deyirəm: "Məhəmməd, kim inanar ki, mən hələ də səninlə danışıram, məsləhətləşirəm, evin işlərindən ötrü səndən icazə alıram?! Kim bilir ki, sən həyatdasan?!" Səsini eşidirəm: – Allahın adı ilə! Allahın xatirəsi ilə! Allahdan ötrü!..
Şeyx Hüseyn Ənsarian oxuyurdu. Camali ağlamağa başladı. Elə ağlayıb sızlayırdı ki, mən də kövrəldim. Zümzümələrinə qulaq asdım. Deyirdi: "İlahi! Məgər Səndən aldığım bu bir neçə illik ömürdə nə qədər günah etmişəm ki, mənə şəhidlik qismət olmur?!"
Reklam
Əlini mənə uzadıb dedi: "Uşaqları sənə tapşırıram". Qızlar maşına mindilər. Sağollaşdım. Bir neçə addım gedəndən sonra ardınca qaçıb onu çağırdım. Dedi: – Nə olub, Məryəm? – Əgər şəhid olsan, mənə şəfaət edərsən? Güldü. – Tez get, uşaqlar əziyyət çəkirlər. – Mənə heç bir savab çatmayacaq? – Əgər bir savab olsa, sənindir, həyat zəhmətini sən çəkirsən. – Get sağlıqla!
Hacı Qasim Məhəmmədə yaxınlaşmış, yanında dayanıb demişdi: "Biri Hacı Məmmədlə mənim şəklimi çəksin. Axırda şəhid olacaq, onunla bir şəklim olmayacaq!" Şəkli görəndə dedim: "Heç bir şəkildə belə ürəkdən gülməmisən!" – İndiyədək Hacı Qasim kimə şəhid olacağını deyibsə, şəhid olub. Bundan ötrü sevinməzlər?!
Yadıma düşdü ki, bir-iki ay öncə böyük qardaşım Mənsurla evdən çıxanda birdən dedi: "A... Məmməd bizə gedir". Küçənin başına baxdım. Məhəmməd maşından enib bizə doğru gedirdi. Dedim: "Doğrudan da bizi görmədi?" Dedi: "Yox. O, ətrafına fikir vermir, çox vaxt başını aşağı salır".