Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Maktub Sözleri ve Alıntıları

Maktub sözleri ve alıntılarını, Maktub kitap alıntılarını, Maktub en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yalnız işıq axtaran, öz vəzifələrini isə başqalarının üstünə atan adam heç vaxt aydınlana bilməz.
“İlahi bizim qarşımıza bir problem çıxaranda yanına açarını da qoyur.”
Reklam
“Bu gözəlliyin əhəmiyyəti yoxdur, çünki onu bölüşməli bir kəs yoxdur.”
Biz tamamilə başqaları üçün nəzərdə tutulmuş işlərin görülməsi, addımların atılması,problemlərin həlliylə məşğuluq.Biz həmişə nəsə planlaşdırmağa, başqa bir şeyi həll eləməyə, üçüncüsünü tapmağa çalışırıq. Bunda düzgün olmayan heç nə yoxdur- ən azı aləmi məhz belə qurur, belə dəyişdiririk. Amma heyrət də həyatın bir hissəsidir. Aradabir özündən qaçmaq, kainat qarşısında sükut içində dayanmaq üçündür. Nəsə tələb eləmədən, fikirləşmədən, hətta minnətsiz filansız. Bizi əhatə edən sevginin hərarətini almaq üçün. Belə məqamlarda qəfil gözyaşı axa bilər: bu nə xoşbəxtliyin gözyaşlarıdır, nə kədərin. Təəccüblənməyin: Bu- tanrının bəxşişidir. Gözyaşları ruhunuzu təmizləyir.
“Yalnız sevgi bizə azadlığa qaçmaqda kömək eləyir. Yalnız sevgi köləliyi azadlığa çevirir.”
Müəyyən bir hərəkət adiləşəndə öz əhəmiyyətini itirir.
Sayfa 160 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Tənhalıqdan qorxun. O, ən təhlükəli narkotik maddədən asılılıqdan da pisdir.
Sayfa 152 - Qanun nəşriyyatıKitabı okudu
"Mən bütün cavabları tapan kimi, suallar dəyişdi".
Müəllim deyir: - Hər şeyin dəyərinin olduğu doğrudur, amma dəyər həmişə nisbidir. Biz arzumuzun ardınca gedəndə başqalarında elə təəssürat oyada bilərik ki, bədbəxt və uğursuzuq. Amma başqalarının nə fikirləşdikləri vacib deyil. Qəlbimizdəki sevinc vacibdir.
Sayfa 139Kitabı okudu
-Sən kimsən? - Zabit kobud tərzdə soruşdu. Şopenhauer zabiti təpədən dırnağacan süzdü. -Əgər mənə bu suala cavab tapmaqda kömək eləsəniz, sizə ömrümün axırınacan minnətdar olaram,- filosof cavab verdi.
Sayfa 90 - Qanun NəşriyyatKitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.