Gönderi

Biz tamamilə başqaları üçün nəzərdə tutulmuş işlərin görülməsi, addımların atılması,problemlərin həlliylə məşğuluq.Biz həmişə nəsə planlaşdırmağa, başqa bir şeyi həll eləməyə, üçüncüsünü tapmağa çalışırıq. Bunda düzgün olmayan heç nə yoxdur- ən azı aləmi məhz belə qurur, belə dəyişdiririk. Amma heyrət də həyatın bir hissəsidir. Aradabir özündən qaçmaq, kainat qarşısında sükut içində dayanmaq üçündür. Nəsə tələb eləmədən, fikirləşmədən, hətta minnətsiz filansız. Bizi əhatə edən sevginin hərarətini almaq üçün. Belə məqamlarda qəfil gözyaşı axa bilər: bu nə xoşbəxtliyin gözyaşlarıdır, nə kədərin. Təəccüblənməyin: Bu- tanrının bəxşişidir. Gözyaşları ruhunuzu təmizləyir.
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.