May Yağışları

Nərmin İlxan
Tahmini Okuma Süresi:
4 sa. 59 dk.
Sayfa Sayısı:
176
Basım Tarihi:
2024
Yayınevi:
Mücrü Nəşriyyatı
ISBN:
9789952228533
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·176 syf.··
2025 50. kitabı
Nərmin İlxan – ‘May Yağışları’ Kitab gənc yaşlarında etdiyi bir səhv ucbatından atası tərəfindən rədd edilən, ailəsi tərəfindən evdən qovulan Aynur adlı xanımın həyatından bəhs edir. Kitabda hadisələr hal-hazırkı zamanda baş versə də, keçmişin izləri hər səhifədə öz yerini tapır. Hal-hazırda bir holdinqdə memar işləyən Aynur, öz ayaqları üzərində necə durmasından, keçmişindəki travmalarından, etdiyi səhvlərin onu haralara gətirdiyindən danışır. Kitabın digər baş obrazı olan Emin və Aynur arasında adını qoya bilmədiyimiz bir münasibət var. Nə tam olaraq sevgi, nə də tam olaraq dostluq – kitab boyu bu iki münasibətin qarışığını oxuyuruq. Kitab çox axıcı, sürətli idi. Bundan əlavə, yazıçı obrazların hisslərini, keçirdikləri duyğuları – yəni onların kədərini, sevincini, gülüşlərini, bir sözlə, hər halını oxucuya ətraflı şəkildə çatdıra bilib. Buna baxmayaraq, kitab ilk başlarda mənə bir az sıxıcı gəlirdi. Yazıçı obrazın hər anını – evə girib işığı yandırmasından tutmuş, kofeni şkafdan götürüb üzərinə su əlavə etməyinə qədər – addım-addım təsvir edib. Bu uzun, detallı təsvirlər bir az yorucu gəldi. Elə düşündüm, yəqin sonralar düzələr, amma demək olar ki, kitabın çox hissəsi bu tərzdə idi. Kitabın ritmi bir nöqtədə dayanmır. Anidən elə bir hadisə baş verir ki, kitabı daha yaxın oxuyursan. Sonra baxırsan, həyəcan düşür, təzədən sakitləşir. Yəni ritm düşür-qalxır, düşür-qalxır. Bu da əsəri oxumağı həm rahat, həm bir az çaşdırıcı edir. Yazıçı keçmişlə bu günü paralel şəkildə verir. Aynur travmalarına qayıdır, ailəsi tərəfindən necə qovulduğunu, atasının onu necə rədd etdiyini, keçmişdə baş verənləri xatırlayır. Mənə görə keçmişin izləri, xatirələr daha maraqlı idi – çünki görmək istəyirsən ki, nə baş verib? Nə olub da bu gün bu yerdəyik? Yazıçının ədəbiyyatına söz
1000Kitap
May YağışlarıNərmin İlxan · Mücrü Nəşriyyatı · 20244 okunma
Puan vermedi·176 syf.·
2025 16. kitabı
Gününüz uğurlu başlasın, dəyərli və əziz insanlar! Gördüyünüz bu kitab mənə bir neçə gün əvvəl hədiyyə olunmuşdu. Mən də həm hədiyyə olduğuna, həm may ayı olduğununa görə dedim sıraya salıb oxuyum. Hərçənd bu gün MaşAllah hava günəşlidir Amma may'da yağan yağışlar da biraz təhrik etdi bir tərəfdən oxumağa. Əvvəla onu qeyd edim ki, Nermin İlxan siz möhtəşəmsiniz. Necə ki qeyd etmisiniz oxucularınıza: "Kimliyindən asılı olmayaraq mənim üçün çox dəyərlisən" , eyni zamanda da siz mənim üçün çox dəyərlisiniz. Sizi çox sevdim🩷Yenidən daha gözəl kitablarda görüşmək ümidi ilə "May yağışları" kitabına gələndə isə adı düşünürəm olduqca uğurlu alınıb, süjet xətti olduqca maraqlı və bir o qədər də axıcıdır. Bəzi təsvirlərinin ən incə detaylarına qədər verilməsi çox kiçik də olsa oxucunu hardasa yora bilər deyə düşünürəm. Amma ümumi olaraq qəti şəkildə oxuyan zaman sıxılmadım, əksinə çox maraqla oxudum. Təsir gücü altında oxucunu saxlaya bildiyindən qısa zaman da oxumaq mümkündür. Mən ən çox dərsdə oxudum böyük bir hissəsini "Nümunəvi" tələbə oldun belədidə Və sonda ən çooox sevdiyim o alıntı: "Hər nə qədər kədərli hiss etdirsə də ən sevdiyim fəsil payız idi. Bu fəsildə həm hüzurlu, həm də bir az kədərli olurdum..."
May YağışlarıNərmin İlxan · Mücrü Nəşriyyatı · 20244 okunma
Reklam

Yazar Hakkında

Nərmin İlxanYazar · 0 kitap
Nərmin İlxan, 31.12.1997 - ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olub. İbtidai təhsilini Bakı şəhər Nizami Gəncəvi adına 242 saylı orta məktəbdə almış daha sonra orta təhsilinə Bərdə rayonunda davam etmişdir. Uşaq vaxtlarında yaradıcılığa marağı olan Nərmin İlxan, bunu kəşf etdiyi zamanlarda özündən hekayələr qurmağa başlamış və 2024- cü ildə ilk kitabı olan "May yağışları" romanını öz oxucuları ilə qovuşdurmuşdur. Yazdığı hekayələrdə duyğulara geniş yer verir, yaratdığı obrazlar və onların yaşadıqları ilə oxucuların qəlbində dərin iz buraxır. Yazmağı "ruhunun şəfası" adlandırır.