Emil Zola bu əsərdə işçi sinfin gündəlik həyatını bir ailənin timsalında göstərməyə çalışıb. Əsərin qəhrəmanları kasıblıqdan yaxa qurtarmaq üçün çalışır, amma alkolozim onları getdikcə məhvə doğru aparır. Əsərin qəhrəmanı olan Jervez adlı qadın da özünü həyatın axarına buraxır.
E. Zola bu əsər haqqında deyirdi ki, "mən gerçəkləri yazdım, romanın qəhrəmanları pis insanlar deyil, sadəcə təhsilsiz və yaşadıqları mühitin bezdirdiyi insanlardır".