Məhkəmə

Franz Kafka

Məhkəmə Gönderileri

Məhkəmə kitaplarını, Məhkəmə sözleri ve alıntılarını, Məhkəmə yazarlarını, Məhkəmə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
-Bəs işin sonunu necə təsəvvür edirsən? -Əvvəllər fikirləşirdim ki, hər şey yaxşı qurtaracaq. Ancaq indi özüm də buna bəzən şübhə edirəm. Bilmirəm necə qurtaracaq.... Sən bilirsən? -Xeyr! Ancaq qorxuram ki, pis qurtarsın. Səni günahkar hesab eləyirlər. Bəlkə də məhkəmən heç aşağı instansiyalardan çıxmadı... Ən azı, sənin günahını hələlik sübut olunmuş hesab edirlər. -Axı mənim heç bir günah işim yoxdur! Bu səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola bilər?! Axı hamımız eyni adamlarıq... -Düzdür, ancaq bütün günahkarlar belə danışır. -Sən də məni günahkar hesab edirsən? -Xeyr, mən səni günahkar hesab etmirəm. -Təşəkkür edirəm. Ancaq bu işdə iştirak edənlərin hamısı məni günahkar hesab edir. Onlar iştirak etməyənlərə də təsir edirlər. Mənim də vəziyyətim getdikcə çətinləşir. -Sən işin mahiyyətini başa düşmürsən. Hökm birdən-birə verilmir, ancaq istintaq getdikcə hökmə çevrilir.
Sayfa 222 - Qanun puplishing...Kitabı okudu
-Heç kəsə fikir vermə,- vəkil dilləndi,- nəyi düzgün hesab edirsənsə, onu da elə!
Sayfa 203 - Qanun puplishingKitabı okudu
Reklam
çox vaxt qandalda olmaq, azadlıqda olmaqdan qat-qat yaxşıdır.
Sayfa 199 - Qanun puplishingKitabı okudu
Gözləmək mənasız olmur. Yalnız kiminsə özünün işə qarışması mənasız olur...
Sayfa 184 - Qanun puplishingKitabı okudu
Bəzən hansısa bir dəstədə belə bir inam yaranır ki, maraqları eynidir, ancaq sonradan üzə çıxır ki, səhv edirlərmiş.
Sayfa 184 - Qanun puplishingKitabı okudu
K. özünü o qədər sərbəst hiss edirdi ki, adam yalnız yad bir yerdə özündən səviyyəcə aşağı olan insanlarla danışanda, özünə aid olan şeylər barədə susaraq etinasızlıqla onların maraqlarından danışa-danışa həmsöhbətlərini öz gözlərindən böyüdəndə və istədiyi anda da kiçildəndə, belə sərbəst ola bilərdi...
Sayfa 176 - Qanun puplishingKitabı okudu
Reklam
Ancaq çox vaxt qeyri-rəsmi vəzifədə olanların sözü rəsmi vəzifədə olanların sözlərindən daha çox keçərli olur.
Sayfa 154Kitabı okudu
Bəlkə də, heç birimizin ürəyi daşdan deyil, bəlkə də böyük məmnuniyyətlə hamıya kömək edərdik, ancaq məhkəmə məmurları kimi özümüzü yalandan daşürəkli adamlar kimi göstərir və guya, heç kimə kömək etmək istəmirik. Mənə təsir edəndə elə budur....
Bəlkə də indi yan otağın, ya da elə qonaq otağının qapısını açıb çıxsaydı, heç birinin ona mane olmağa cəsarəti çatmazdı. Bəlkə də "Ya Allah" - deyib aradan çıxmaq məsələnin ən sadə həlli olardı.
Sayfa 12 - qanun nəşriyyatıKitabı okudu
"Özləri də başları çıxmadığı şeylərdən danışırlar. Səfeh olduqları üçün də belə qətiyyətlidirlər. Belələri ilə uzun-uzadı çənə vurmaqdansa, öz səviyyəmdə olan bir adamla iki-üç kəlmə danışıb, hər şeyi aydınlaşdırmaq olar."
Sayfa 11 - Qanun nəşriyyatıKitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.