Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhsəti

Cavi Dan

Öne Çıkan Məhsəti Gönderileri

Öne Çıkan Məhsəti kitaplarını, öne çıkan Məhsəti sözleri ve alıntılarını, öne çıkan Məhsəti yazarlarını, öne çıkan Məhsəti yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məni kam almağa qoymadı zaman, Gücü çatan qədər elədi divan. Deyəsən, əhd etmiş, dolandıqca hey Məni də özüylə hərlətsin dövran.
Sayfa 5 - 1Kitabı okudu
Sən bilmirsən deyilməyən sözün gücü deyilən sözün gücündən nə qədər çoxdur. İki insan yanaşı oturub susursa, bu vaxt ərzində bir-birinə daha çox fikir ötürürlər amma özləri bunu hiss etmirlər. Ayrılıb hərə öz işinin arxasınca getdiyi zaman isə artıq əvvəlki kimi ola bilməzlər,çünki zərrə qədər belə olsa, hər birisi digərinin demədiyi sözlərə bulaşmış olur. Günəşin özünə toxunmadan işığına bulaşmaq kimi bir şeydir bu.
Reklam
336 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Yazarımız Məhsəti Gəncəviyə, onun rübailərinə olan sevgisindən onu araşdırıb və haqqında kitab yazmaq qərarına gəlib. Kitabdakı demək olar bütün hadisələr yazarın təxəyyülünün məhsuldur amma bilmək olmaz bəlkə elə tarix də bu cür yaşanıb. Adı Mənicə olan daha sonra isə "Maha sati" (güclü qadın) ləqəbini götürərək rübailər yazan, şeir məclisləri quran, gənclərə musiqi, şahmat dərsləri keçən güclü bir qadının hekayəsidir bu... Kitabı oxuduqca sanki o dönəmdə hiss etdim özümü :)
Məhsəti
MəhsətiCavi Dan · Teas Press Nəşriyyat · 201833 okunma
Qəminin eşqiylə cahana gəldim, Canımı eşqinə qurbana gəldim. Bu könlüm qəminin məkanıdır yar, Qəmini çəkdikdə mən cana gəldim.
Axı Şeyx Cəmal deyirdi ki, bir insan başqa bir insandan yalnız öz idrakı ilə güclü ola bilər, idraksız və elm elmsiz adam qolsuz-budaqsız və çarəsizdir Yer üzündə.
Məsud olması - şairliyindən, azadə ruhundan imtina edib , qızılın-cəvahiratın içində, müti, dustaq bir kəniz ömrünü qəbul etməsi ola bilərdi. Şərqin nəhəng hərəmxanasında ancaq bu cür qəbul edilirdi qadın məsudluğu.
Reklam
O gül dodaqların səpəndə şəkər Can quşu qəfəsdə çırpınmaq istər. Gəl günah işləyək bal dodağınla, Kafərsən bu işi rədd etsən əgər.
Sayfa 152Kitabı okudu
Pis əməl ilk növbədə vicdanı yoxa çıxarır insanın ağlından, oğlum. Sonra həyat fəlsəfəsini dəyişir, dünyaya başqa gözlə baxmağa başlayır adam.
Sayfa 81 - 4Kitabı okudu
Və mən dünyaya lazım olmaq istəyirdim. Bütün dünya yalanla nəfəs alıb-versə belə, varlığımın tam qüvvəsi ilə yola çıxıb həqiqət aramaq istəyirdim.
Sayfa 10 - 1Kitabı okudu
Rübai
Könlümə yar oldu bu gecə dilbər Yalqız gecələrdən şikayət eylər Ey gecə, kədərim olsan da, getmə Səadət də olsan, gəlmə, ey səhər!
Sayfa 253Kitabı okudu
48 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.