Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əmiqızı Reyçel

Daphne du Maurier

Əmiqızı Reyçel Sözleri ve Alıntıları

Əmiqızı Reyçel sözleri ve alıntılarını, Əmiqızı Reyçel kitap alıntılarını, Əmiqızı Reyçel en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əgər qadınları dillərinə görə öldürəsi olsaydıq, o zaman bütün kişilər qatil olardı.
Embrouz Florensiyada olanda deyərdi ki, qonaqlar gedəndən sonrakı zövqü yaşamaq üçün onların bütün bezdirici hərəkətlərinə dözməyə dəyər. Elə haqlıydı ki...
Sayfa 155Kitabı okudu
Reklam
Qəfil bir mehribanlıq adamı gözlənilmədən yaxalayıb zövqün ən yüksək pilləsinə qaldırır, sonra səbəbsiz dəyişən əhval onu əvvəl ki yerinə qaytarırdı. Görəsən, qadınların beynindən hansı qarışıq və dolaylı fikir cığırları keçir? Görəsən, onların mühakimə qabiliyyətini qəfil bulandıran nədir? Varlıqlarındakı hansı impulsiv dalğalar onları gah qəzəbləndirir, gah geriyə çəkir, gah da gözlənilmədən səxavət bəxş edir? Fərqli olduğumuz dəqiq idi, anlayışımız müxtəlif idi, biz bir nöqtədən digərinə asta-asta varırdıq, onlar isə dözümsüz idilər, hər küləkdə istiqamət dəyişirdilər.
Sayfa 266Kitabı okudu
"Allah günahımdan keçsin, ancaq məncə, pul onun qəlbinə gedən yeganə yol idi."
Sayfa 320Kitabı okudu
Əlbəttə, kişi bir qadının onu sevib-sevmədiyini hiss etməlidir. Amma yəqin, bunu həmişə təyin etmək olmur.
Sayfa 265Kitabı okudu
Düşünürəm ki, subay qalsam, daha az stress keçirər və yorularam...
Sayfa 185Kitabı okudu
Reklam
Qəfil bir mehribanlıq adamı gözlənilmədən yaxalayıb zövqün ən yüksək pilləsinə qaldırır, sonra səbəbsiz dəyişən əhval onu əvvəlki yerinə qaytarırdı. Görəsən, qadınların beynindən hansı qarışıq və dolaylı fikir cığırları keçir? Görəsən, onların mühakimə qabiliyyətini qəfil bulandıran nədir? Varlıqlarındakı hansı impulsiv dalğalar onları gah qəzəbləndirir gah geriyə çəkir, gah da gözlənilmədən səxavət bəxş edir? Fərqli olduğumuz dəqiq idi, anlayışımız müxtəlif idi, biz bir nöqtədən digərinə asta-asta varırdıq, onlar isə dözümsüz idilər, hər küləkdə istiqamət dəyişirdilər.
Sayfa 266Kitabı okudu
Gənc idi. 19 yaşı ancaq olardı, amma üz ifadəsindən yaşsızlıq oxunurdu, az qala ruh kimi idi. Mənə elə gəldi ki, onun bədənində ölə bilməyən qoca bir ruh yaşayır. O bir cüt gözdən mənə doğru əsrlər boylanırdı, bu həyata alışdığından, artıq laqeydləşmişdi.
- İstəyirsinizsə, qayıdın. Amma xatirəmdə yaşatmaq üçün mənə bir neçə həftə də bəxş edin. Mən səyyah deyiləm, mənim dünyam sizdən ibarətdir. Gələcəkdən qaçmaq və xilas olmaq istəyirdim. Lakin onu qucaqlayanda heç nəyin əvvəlki kimi olmadığını hiss etdim: inam yoxa çıxmışdı, elə ilkin həyəcan da.
Sayfa 360Kitabı okudu
-Filip, elə qadınlar var ki, bəlkə, yaxşı qadınlardır, amma özləri də bilmədən bədbəxtlik gətirirlər, - dedi. - Nəyə toxunsalar, fəlakətə səbəb olurlar. Bunu sənə niyə dediyimi bilmirəm, amma hiss edirəm ki, deməliyəm.
Sayfa 299Kitabı okudu
39 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.