Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Oğurluğun Əvvəli O da Ay İşığında

Pərvin Nəsirsoy

Oğurluğun Əvvəli O da Ay İşığında Gönderileri

Oğurluğun Əvvəli O da Ay İşığında kitaplarını, Oğurluğun Əvvəli O da Ay İşığında sözleri ve alıntılarını, Oğurluğun Əvvəli O da Ay İşığında yazarlarını, Oğurluğun Əvvəli O da Ay İşığında yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsan elə bilir ki, bütün bu qorxularının, əndişələrinin yeganə çarəsi nəsil yetişdirmək, özündən sonra nəvə-nəticə qoymaqdır. Amma gəl baxaq elə bəşəriyyətə, xalqlara töhfə vermiş əzəmətli şəxsiyyətlərə, bəlkə, onlar hamısı, övladlarının sayları ilə ad qoyub gediblər?! İnsanın ölməzliyi üçün nəsə yaratmağı lazımdır. Doğub-törəməyi deyil. Ona qalsa, həşəratlar günə qırx bala doğur, amma özün də bilirsən ki, nə qədər alimlər, ixtiraçılar, yazıçı və şairlər bəşəriyyətə fayda verərək dünyada iz qoyub gediblər. Yəni özündən sonra iz qoymaq istəyirsənsə, bunun çoxlu yolları var. Çox az bir qismini nəsil yetişdirmək, doğub-törəmək təşkil edir.
Arzusuna çatdığımız şey onsuz da ona çatan kimi dəyərdən düşəcək. Bizim üçün əlçatmaz görünən bir şey əlimizin içində olarkən bizi xoşbəxt edə bilmir. Çünki gözümüz, qəlbimiz onda bizim üçün həqiqi lazım olan şeyi tapmır. Bu axtarışlar davam etdikcə xoşbəxtlik və aramlıq uzaqlaşır, ölüm isə daha da yaxınlaşır; ömür bitir...
Reklam
Ölüm
"Əslində, insan ölümü heç zaman gözləmədiyi halda, hər zaman qarşılamağa hazır olmalıdır. Ölüm bax indi yaşamağımız qədər həqiqətdir və bu həyatdan daha uzunömürlü bir həqiqət. İndi biz bu bəxtsiz qadını son mənzilə yola salırqmı? Qəribə ifadədir: son mənzil! Axı son yoxdur. İnsan bir an öz sonunun olduğunu düşünsə, bir an belə özünün bir zaman yox olacağını, içindəki o danışan mənin - ruhunun əbədiyyən yox olacağını təsəvvür etsə, ağlı donub qalar, buna tab gətirə bilməz axı. Ona görə də hətta o dünyanı inkar edənlər belə qəlblərinin dərinliyində heç vaxt tam olaraq yoxa çıxmayacaqlarına ümid edirlər. Buna əminǝm!"