Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ölüm Ağacının Kölgəsində

Elxan Elatlı

Sözler ve Alıntılar

Tümünü Gör
İki bədəndə bir ruh! Əsl məhəbbət elə bu demək deyildimi?
Öləndən sonra necə bir yuxuya dalmaq da bizdən asılıdır. Bu dünyadakı müvəqqəti, qısa ömrümüzdə pis işlər tutsaq öləndə “narahat yatacağıq” və əbədi qorxunc yuxular görəcəyik. Çünki ayılmağa nə beyin, nə göz yoxdur, çürüyüb gediblər. Ürəyimizin yuxudaca partlamasını istəyəcəyik, bu da alınmayacaq, çünki, ürək də daha yoxdur. Və bu əzablı cəhənnəm yuxusunu əbədi “yaşayacağıq” Real həyatımızda qəlbimizi təmiz saxlasaq, Tanrını, Vətəni, insanları sevsək, pis işlərdən uzaq olsaq, gözlərimizi dünyaya qapayanda "narahat yatmayacağıq”. Çox rahat yatacağıq və real həyatda duyulması mümkün olmayan həzzlə dolu yuxular görəcəyik. Heç ayılmaq istəməyəcəyimiz cənnət yuxularını...
Sayfa 119 - Elgün
Reklam
İki bədəndə bir ruh. Əsl məhəbbət elə bu deyildimi?
Sayfa 84 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Əgər valideyn dünyaya gətirib böyütdüyü övladını sonradan öz əliylə şikəst edəcəksə, onun mənliyini əlindən alıb dünyasını qaraldacaqsa, onda bu cür dünyaya gətirmək və böyütmək qəssabın kəsib ətini satmaq məqsədilə bir quzuya qulluq göstərməsinə bənzəmirdimi?
Sayfa 114 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Ölüm, əslində, əbədi yuxuya getməkdən başqa bir şey deyil. Öldünsə, deməli yuxuya getdin və bir daha ayılmayacaqsan. Nə ayılıb bu real dünyanı görəcəksən, nə də öz bədəninin çürüyüb getməsini. Elə hey yuxuda olacaqsan.
Sayfa 118 - Elgün
Reklam
Hə, kişi ağlamaz... Ancaq hər bir kişini bu dünyaya gətirən bir ana olur axı. Doqquz ay öz bətnində yetişdirən, doğulandan sonra döşündən süd verən, böyüdüb boya-başa çatdıran ana... Uşaqlığında sənin ən çox möhtac olduğun, sən böyüyəndən, qocalandan sonra sənə ən çox möhtac olan əziz, doğma varlıq. Və deməli hər bir kişi ömründə azı bir dəfə ağlamalıydı. Anası dünyadan köçəndə...
Sayfa 293 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.