Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ölüm Rüyası

Vaqif Sultanlı

Ölüm Rüyası Sözleri ve Alıntıları

Ölüm Rüyası sözleri ve alıntılarını, Ölüm Rüyası kitap alıntılarını, Ölüm Rüyası en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Qəbirlər də insanlar kimiymiş, onların da yetimi, yiyəsizi varmış, atalı-analısı varmış, xoşbəxti-bədbəxti varmış"
Sayfa 87
"Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur? Unudur və bilmir ki, bütün bu dava-dalaş, vuruş ölüm üçündü, ölümü yaxınlaşdırmaq üçündü, ölümün yolunu qət etmək üçündü. İnsan bu yolun mənzili başına yetmək ümün bu dünyayla savaşa çıxdığını da unudur. Unudur və bilmir ki, keçdiyi dolaylar, aşdığı sədlər torpağa qarışmaq üçündü, torpağa layiq olduğunu sübut eləmək üçündü. Bilmir ki, xilqətin bircə yolu var - məzar yolu; böyüklü-kiçikli bütün yer üzü bu yoldadı. Bəs onda başdaşı nə üçündü? Niyə insan izsiz-tozsuz torpağa tapşırılmır? Niyə insanın basdırıldığı yerdə ona başdaşı ucaldılır? Bəlkə başdaşı insanın ömrünə, həyatına, dərdinə ucaldılan abidədi, ömrün davamıdı, ölümdən sonrakı həyatdı? Bəlkə başdaşı təsəllidi, aldanışdı..."
Sayfa 12
Reklam
"Hiss elədi ki, o uşağa baxanda özünün keçmişini görür, uşaqlığını görür, ömrünün o illərini görür ki, yaşıdlarından fərqli olaraq sevinə bilmirdi, çiyinləri vaxtsız, erkən qayğıların ağırlığına dözmürdü. O, əvvəllər də, indi də uşaq qayğısızlığının, səbəbsiz sevincin nə olduğunu dərk eləyə bilmirdi".
Sayfa 60
"İnsan qürbətdə ölmürmüş, diri-diri torpağa qoyulurmuş; mən diri-diri torpağa qoyulmuşam. Qürbət torpaqda yatdığımı düşünəndə hələ də sümüklərim sızıldayır, nə illah eləyirəm ərimək bilmir, çürümək bilmir... Yerin altında tüstüm ərşə çıxır, ha əlləşirəm torpağa qarışammıram"
Sayfa 43
"Xoşbəxtsən ki, oğul, heç kəsin yoxdu"...
Sayfa 39
"Gedə-gedə fikirləşirdi ki, axı bu dünya niyə belədi; birinin özünə dərd elədiyini o biri vecinə almır. Biri başdan-başa çirkab içərisindədi, o biri ən xırda məsələdə heysiyyətinin tapdanmasına belə dözmür, dözə bilmir"
Sayfa 38