Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölüm Rüyası

Vaqif Sultanlı

Ölüm Rüyası Hakkında

Ölüm Rüyası konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Çocuğun ölümünden sonra Bekir, Kumru’yu her gün dövüyordu. Senden bana eş olmayacak, gözün o sarhoş köpek oğlunda olduğu sürece, çocuk yüzüne hasret edeceksin beni. Kumru’yu öyle bir dövüyordu ki, yerine bir başkası olsa sesi arşa çıkardı. Ama Kumru’nun sesi dahi çıkmıyordu. Sanki vücudunda kemik yoktu ve Bekir’in yumruk ve tekmeleri onu etkilemiyordu. Bekir’in ayakları altında halsizce inliyordu. Çocuklar mezarlıkta saklambaç oynuyorlardı. Kazılmış dökülmüş çukurların mezar olduğunu unutarak kaçıp, saklanıyorlardı. Başka zamanlar büyükleri onları mezarlığa bırakmazlardı ama şimdi büyüklerin kafası ölüleriyle meşgul olduğundan mezar çukurlarında saklambaç oynayan bu çocuklar unutuluyordu.
Tahmini Okuma Süresi: 6 sa. 21 dk.Sayfa Sayısı: 224Basım Tarihi: 2006İlk Yayın Tarihi: 2002Yayınevi: Avrupa Yakası YayınlarıOrijinal Adı: Ölüm Yuxusu
ISBN: 9799944979053Ülke: TürkiyeDil: TürkçeFormat: Karton kapak
Türler:
Reklam

Yazar Hakkında

Vaqif Sultanlı
Vaqif SultanlıYazar · 13 kitap
Yazıçı, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru (1997), professor (1999). Vaqif Sultanlı 1958-ci il martın 26-da Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Köhnəbazar kənd orta məktəbini bitirmişdir (1964-1974). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Kürdəmir rayon musiqi məktəbində təhsil almışdır (1970-1975). Bir müddət Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə işləmişdir (1974-1976). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981). Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir. "Azərbaycan dramaturgiyasında xarakter problemi (1970-1980)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). BDU-da müəllim, baş müəllim, dosent işləmişdir (1984-1991). Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində çalışır (1999). "Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1997). İctimai fəaliyyətlə ardıcıl məşğul olmuşdur. Ümumdünya Azərbaycanşünaslar Assosiasiyasını təşkil etmiş və onun sədri seçilmişdir (1991). Amerikanın "Azadlıq" və "Azad Avropa" radiostansiyalarının Azərbaycan redaksiyasında ədəbi verilişlər üzrə müxbir işləmişdir (1995-1998). Polşada ("Xudafərin" - 1995), İsveçdə ("Araz" - 1996-1997), ABŞ-da nəşr olunan ( "Dünya azərbaycanlıları" - 2000-2012) dərgilərin baş redaktoru olmuşdur. Kipr-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (Türkiyə) Qafqaz bürosunun rəhbəridir. 1999-cu ilin iyun-oktyabr aylarında Böyük Britaniyanın Edinburq Universitetində İngilis filologiyası və Qərb mədəniyyəti ixtisası üzrə təcrübə keçmişdir. Həsən bəy Zərdabi adına mükafata (1995), Kipr-Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEK) Uluslararası Türk Dilinə Xidmət Ödülünə (2003), Misir Mədəniyyət Nazirliyinin Fəxri-fərmanına (2014), Türkçənin Diriliş Hərəkatı Dərnəyinin Üstün Xidmət Ödülünə (2017) layiq görülmüşdür. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İsveç (2001), Hollandiya (2002), Almaniya (2004), Belçika (2008) və Böyük Britaniyada (2010) keçirilən qurultaylarında İdarə Heyətinin üzvü seçilmişdir. 2012-ci ildə təsis olunan və mərkəzi ofisi Pekində yerləşən Beynəlxalq Epos Araşdırmaları Cəmiyyətinin (The International Society for Epic Studies) üzvüdür. 2018-ci ildə Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Yazarlar Assosiasiyasına (International Writers Association) üzv seçilmişdir. Əsərləri İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, Danimarka, Misir, İran, Rusiya, Ukrayna və b. ölkələrdə nəşr olunmuşdur. Dünyanın qırxdan artıq ölkəsində keçirilən uluslararası simpozium, konfrans, forum və seminarlara qatılmış, Azərbaycan ədəbiyyatı və mədəniyyətini təmsil etmişdir. Ailəlidir, iki övladı var. Bədii yaradıcılığı Ədəbi yaradıcılığa çox erkən başlasa da "Yovşan ətri" adlı ilk hekayəsi 1980-ci ildə "Azərbaycan qadını" jurnalında nəşr olunmuşdur. Həmin dövrdən başlayaraq hekayələri, tərcümələri, elmi-publisistik məqalələri ilə müntəzəm olaraq mətbuatda çıxış edir. Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "İnsan dənizi" (1992) romanı müəllifin bədii yaradıcılığında xüsusi yer tutur. Hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın timsalında cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır. Özünəməxsus təhkiyə tərzi ilə seçilən "Səhra savaşı" (2010) rоmanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.«Səhra savaşı» çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir. Müəllifin diqqəti çəkən əsərlərindən biri olan «Ölüm yuxusu» povestində qəbiristanlığın köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Bu xaos təsvir olunan obrazların daxili-mənəvi dünyasını aşkarlamağa imkan verir. Qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə yazıçı mənəvi-əxlaqi dəyərlərə qarşı çıxmağı ölümlə eyniləşdirmək məramı izləmişdir. Vaqif Sultanlının «Ağ yol», «Səhər dumanı»,«Yarpaqsız budaqların yaşıl nəşməsi», «Dərviş», «Mağara», «Qütb gecəsi», «Vətən», «Ada», «İlğım», «Tərs axın», «Lal həlqə», «Kül qəfəs», «Zolaqlı yuva», «Çarpaz kölgə», «Gil ovsun» və digər hekayələri özünəməxsus dil və üslub xüsusiyyətləri ilə seçilməkdədir. Yazıçının «Görüş yeri»,«Nəvai-Qumru»,«Humayun» və başqa hekayələri tarixi mövzuda qələmə alınmışdır. O, həmçinin lirik-romantik üslubda yazılmış bir çox miniatürlərin müəllifidir. Elmi yaradıcılığı Bədii yaradıcılıqla yanaşı, sənətin nəzəri-estetik məsələləri ilə də məşğul оlan müəllifin ədəbi tənqid və ədəbiyatşünaslıqla ilgili axtarışları «Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası» (1993), «Ağır yоlun yоlçusu» (1996), «Azadlığın üfüqlərı» (1997), «Azərbaycan mühacirət ədəbiyyatı» (1998), «Ədəbi-nəzəri illüstrasiyalar» (2000), «Ömrün nicat sahili» (2004), «Ədəbi tənqidin tədrisi məsələləri» (2007), «Azərbaycan ədəbi tənqidi» (2012), «İstiqlal sevgisi» (2014) və başqa kitablarda əksini tapmışdır. Müəllifin ədəbiyyatşünaslıq fəaliyyətində Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı araşdırmalar xüsusi yer tutur. O, çoxlu sayda publisistik yazıların, tənqid və ədəbi proseslə bağlı elmi-publisistik məqalənin müəllifidir. Vaqif Sultanlının elmi yaradıcılığının mühüm bir qismini uluslararası konfrans, simpozium, forum və seminarlarda oxunmuş məruzələr təşkil edir. Tərcümə fəaliyyəti Vaqif Sultanlı tərcümə fəaliyyəti ilə də məşğul olmuş,Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü" və "Dəyirman" romanlarını, Sergey Jitomirskinin "Sirakuzlu alim" tarixi povestini, habelə Ervin Ştritmatter, Yaroslav Haşek, Veyo Meri, Qustav Stopka və başqalarının hekayələrini doğma dilə çevirərək nəşr etdirmişdir. Məhəmməd Əmin Rəsulzadənin "Panturanizm haqqında" əsərini rus dilindən (şərikli) tərcümə etmişdir.