Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ondan Yaxşı Qardaş Yox İdi

Magsud Ibrahimbeyov

En Beğenilen Ondan Yaxşı Qardaş Yox İdi Gönderileri

En Beğenilen Ondan Yaxşı Qardaş Yox İdi kitaplarını, en beğenilen Ondan Yaxşı Qardaş Yox İdi sözleri ve alıntılarını, en beğenilen Ondan Yaxşı Qardaş Yox İdi yazarlarını, en beğenilen Ondan Yaxşı Qardaş Yox İdi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
-Sən bilirsənmi ki, paxıllıq və mərhəmət kimi duyğular bütün insanlara xas olan keyfiyyətlərdir?
Sayfa 191 - "Cəhənnəmə sərinlik gəldi" romanıKitabı okudu
Bu adətləri bütün qayda-qanunları ilə yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini - bəşər övladının mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.
Reklam
-Ölmək hər şeydən asandır, ancaq buna çox da inanma, -...- Yaşayacaqsan, başqa əlac yoxdur.
Sayfa 162 - "Cəhənnəmə sərinlik gəldi" romanıKitabı okudu
İnsan müqəddəratını nə vaxtsa həll edənlər ölmüşdülər, yeniləri isə öz vaxtını gözləyirdi. O artıq başa düşürdü ki, həyatının ən gözəl illərini şikəst edən adamlar üçün tanımadıqları Seymur Rəfibəylinin də taleyinin, tapdanan, məhv olan milyonların taleyi kimi heç bir qiyməti yoxdur. Nifrət edəcək kimsə yoxdu. Seymur uzun illərdən bəri ürəyində ilk dəfə kiməsə qarşı kin-kidurət hiss eləmədi.
Sayfa 213 - "Cəhənnəmə sərinlik gəldi" romanıKitabı okudu
"Sən haqlısan, burda yaşamaq mümkün deyil! Yalnız mövcud olmaq mümkündür, ona da icazə versələr."
Sayfa 212 - "Cəhənnəmə sərinlik gəldi" romanıKitabı okudu
Seymur qutunu yenə açıb, ləzzətlə iylədi. -Bəs özün iyləmisən? Bilirsən, bundan nə iyi gəlir? -Nə? Zəfərandan başqa nə olasıdır?! -Yox, yox, gəl mən tərəfdən iylə! Qəzənfər saymazyana gülümsədi, stola dövrə vurub qutuya doğru əyildi. -Hə, nədir ki? -Hiss etdin, mən tərəfdən nə qoxuyur? Əlbəttə, hiss etdin, sən axı səfeh adam deyilsən...Bunun mən tərəfdən güllələnmək qoxuduğuyla razılaşırsan? Gözündən oxuyuram ki, razılaşırsan.
Sayfa 168 - "Cəhənnəmə sərinlik gəldi" romanıKitabı okudu