Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ovod Gönderileri

Ovod kitaplarını, Ovod sözleri ve alıntılarını, Ovod yazarlarını, Ovod yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
— Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim kəsilib - bu kifayətdir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz.
Sayfa 28 - ArturKitabı okuyor
Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o daha artıq layiqdir.
Sayfa 24 - ArturKitabı okuyor
Reklam
Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o daha artıq layiqdir.
424 syf.
·
Puan vermedi
SPOİLƏR
Məktubda imza yox idi, lakin kağızın sonunda hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir parçası yazılmışdı: Mən xoşbəxt bir kəpənəyəm, Ağlasam da, gülsəm də, Yaşasam da, ölsəm də…” Bəlkə də, o, uşaq vaxtı düşündüyü kimi xoşbəxt bir kəpənək ola bilmədi. Üzü də çox gülmədi onun,çünki unutduğu bir şey var idi.Kəpənəklərin ömrü cəmi bir neçə
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,845 okunma
Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin..
Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam da, ölsəm də...
Reklam
- Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavallı oyunbazın da bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavallı qəlbini yaddan çıxarırsınız, - elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara baxır, bu dağlar nə üçün yerindan qopub onun üstünə tökülmür, onu bu əzab verən insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin... Mən boş-boş şeylər danışıram... Siz niyə gülmürsünüz? Məzəli söhbətlər sizə təsir etmirmi?
Sayfa 188 - RivaresKitabı okudu
- Əzizim Cemma, görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı, onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı, amma onları ki, düzəltmək mümkün deyil, - qoy onda ölülər ölülərin dərdinə ağlasın. (…) Yadınıza salın, görün sizin sevdiyiniz Şelli nə deyir?! O deyir ki: «Keçmiş - ölümündür, gələcək - sənin!» Nə qədər ki, gələcək sizindir - ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.
Sayfa 165 - MartiniKitabı okudu
"Mən ancaq bunu demək istəyirəm... Mənə elə gəlir ki, kilsənin ruhanilərə evlənməyi qadağan etməsinə təəssüf etmək lazımdır. Mən bunun səbəbini qətiyyən başa düşə bilmirəm. Uşaqların tərbiyə məsələsi ciddi məsələdir, onlara lap doğulduğu gündən yaxşı təsir göstərməyin böyük əhəmiyyəti var. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o daha artıq layiqdir..."
Sayfa 23 - ArturKitabı okudu
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.