Kabinetin sahibi öz stəkanını götürüb astadan dedi:
-İndi zəmanə pisdir,insanlarda heç bir mənəvi dəyər-filan qalmayıb...
"Maraqlıdır, görəsən "Mersedes" və "Ford"u o özünə hansı "mənəvi dəyərlər"ə görə alıb?" deyə Dronqo düşündü. -Əlli dollarlıq maaşı ilə o gərək yüz-iki yüz il pul yığaydı. Bəlkə də indi riyakarların və ikiüzlülərin dövri-zəmanəsidir..."