Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fatimə Fatimədir

Qadın

Ali Şeriati

Sözler ve Alıntılar

Tümünü Gör
Deyirlər, qadın evdə oturub uşaq tərbiyə etməlidir. Maraqlıdır, elm və mərifətdən xəbərsiz bir insan övlad tərbiyə edə bilərmi?! Bir millətin gələcəyi olan nəsli savadsız qadına etibar etmək olarmı?!
İslam belə şüar vermişdi; “Təhsil hər bir müsəlman kişi və qadına vacibdir.”
Reklam
Eşq acısından doğan göz yaşlarında riya axtarmayın.
Çünki millətin sevdiyi dini şüurlu şəkildə qəbul edə bilməməsinin səbəbi əsl dini tanımamasıdır. Məhəbbət var, amma mərifət yox! Əgər insanlara həyat vermək üçün gəlmiş bir dində həyat tapa bilmiriksə, demək, bu dini yetərincə tanımırıq. Bəs, bütün bu incəlikləri xalqa kim öyrətməlidir? Əlbəttə ki, alim!
Dünyaya körpə gəlir. Körpə ərlə arvadın azadlığına mane olmağa başlayır. Əql qəbul etmir ki, bir nəfərin (körpənin) rahatlığına görə iki nəfər (ata-ana) öz rahatlığını əldən versin. Ona görə də qərbdə “azad” qadın ya doğmur, ya da doğduğu körpəni uşaq evinə verir. Bütün bu “əqli, məntiqi analizlər”, “fərdin rahatçılığı” qadından müqəddəs analıq hissini, ailədəki müqəddəs fədakarlığı, cəmiyyətdəki bağlılıqları viran qoyur. Belə bir cəmiyyətdə ictimai ruhdan danışmağa dəyməz. Çünki hamı fərdiləşib, hisslərini - ilahi hisslərini - bir kənara qoyub, özü üçün yaşayır. Bu “azad” insan, əslində, tənhadır. Onu yaşadan malik olduğu iqtisadi qüvvədir. Bu qüvvə yox olduğu vaxt, o da yoxdur!
Bütün mücahid İslam şirlərinin susduğu bir zamanda da Fatimə (ə) ədalətsizlik qarşısında susmur. Gecələr səhabələrin evlərini gəzir, ən mühüm adamlarla qarşı-qarşıya durub həqiqəti bəyan edir.
Reklam
Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məsuliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların təmini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.