Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qara Yol Gönderileri

Qara Yol kitaplarını, Qara Yol sözleri ve alıntılarını, Qara Yol yazarlarını, Qara Yol yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- Ən azı bir məsələni başa düşdüm ki, qadınlar sevgini də özləri ilə aparırlar. - Eynilə kişilər kimi, hə? - Yox. Qadınların daxilində müqəddəs yanğın var. Onlar sevgiyə fundamentalistlərin tanrıya inandığı kimi inanır. Qarşılaşdığın qızın kimliyindən, özünü necə aparmasından asılı olmayaraq, istər qayğısız davranışları, istərsə də müstəqil görünüşü olsun, fərqi yoxdur, çox dərinlikdə bu müqəddəs alovu özü üçün müdafiə edir.
Sayfa 225Kitabı okudu
Öldürmək- qadınlara olan sevginin pik nöqtəsidir. Məsələn, Molyerin "Don Juan"ı. Dərinliyinə qədər başa düşmüşdüm. Sevmək məhv etməkdir. Don Juan qatil idi. Elviranı öldürmüşdü. Onun qəlbini, ruhunu, həyatını oğurlamışdı...
Reklam
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Bir insanın qatilə çevrilməsi.
Bir insanı qatilə çevirən nələrdir? Hər zaman öz düşüncələrimdə bunun səbəbini araşdırıb, real qatil və qətl hekayələrini dinləyib, baxıb və oxumuşam. Buradakı qəhrəmanın bir qatilə çevrilmə səbəbi çox təəccübləndirici və həmdə çox iyrəncdi. Amma axı yenə anlamıram bir insan digər insanın canını sadəcə özü həzz alsın deyə necə ala bilər?... Qara qan, oksigensiz qan, arteriyadan axıdılan qan və bundan həzz alan qatil .
Qara Yol
Qara YolJean-Christophe Grangé · Teas Press Nəşriyyatı · 201612,2bin okunma
... nə qədər az gizlənsən, o qədər az görünərsən.
Sayfa 377Kitabı okudu
Həyat insanın dişlərini sındıran möhkəm çəyirdəyi xatırladır.
Sayfa 370Kitabı okudu
Müasir sivilizasiyanın təhdidi altındakı izdihamlı bir yerdə tənha və sirli bir adam.
Sayfa 270Kitabı okudu
Reklam
Həbsxanalar qarşılıqlı köməkləşmək və ya həmrəylik yeri deyildi. Bura hərənin öz şəxsi mənafeyinin olduğu və bu mənafelərin kəsişmədiyi bir dünya idi.
Sayfa 263Kitabı okudu
Qadınların daxilində müqəddəs yanğın var. Onlar sevgiyə fundamentalistlərin tanrıya inandığı kimi inanır. Qarşılaşdığın qızın kimliyindən, özünü necə aparmasından asılı olmayaraq, istər qayğısız davranışları, istərsə də müstəqil görünüşü olsun, fərqi yoxdur, çox dərinlikdə bu müqəddəs alovu özü üçün mühafizə edir.
Sayfa 225Kitabı okudu
-Mənim üçün evlilik kimyəvi yanğın kimi bir şeydir. -Əla metaforadır. -Metafora deyil, təcrübədir... Praktika. - Zaman keçdikcə kişi və qadın arasında olan hər şey yanır, məhv olur, bitib tükənir. "Yaxşı olan nə varsa" demək istəyirəm. Bir də gözlərini açanda görürlər ki, kül içindədirlər. -Bəs niyə məhz "kimyəvi yanğın?" -Çünki yanğından sonra aralarında ancaq sərt, yanmayan maddə qalır. Nifrət. Kədər. Kin. Və qorxu. Qəzalar. Fabriklərdə baş verən partlayışlar. Yanğınlardan sonra həmişə axıra qədər yanmayan, qaralmış dəmir,metal hissələr qalardı. Bu tablo mənə evliliyimi xatırladır.
Sayfa 225Kitabı okudu
"Ah, Ceyn, sənə çatmaq üçün keçməli olduğum yol necə də qəribədir...."
Sayfa 203Kitabı okudu
Reklam
Menstruasiya - baş tutmayan görüşdür. Bu qanaxmada daim müəyyən məyusluq, israf mövcuddur. İstifadəçisini tapa bilməyən qidadır.
Sayfa 125Kitabı okudu
-Bakirəlik qanı daha qatıdır. O, müəyyən mənalarla yüklənib. Onda həm həyat var, həm də ölüm. Məsumluğun və azadlığın sonu. Cinsi arzular uşaqlarda olur, amma onlar hələ ki, bu istəklərin əsiri deyillər. Yeniyetməlik və qızlığını itirməklə bədəndə kiçik alov qığılcımları yaranmağa başlayır.
Sayfa 125Kitabı okudu
... dünyanı xilas edən Nuhdan daim qürurla danışılıb. Amma həqiqət daha acıdır : Nuhun xilas etdiyi heyvanlar gələcəkdə insanın qidasına çevriləcəkdi.
Sayfa 118Kitabı okudu
Onlarla görüşmək üçün pulu olmayan bəzi məhbuslar isə divarın dibinə çökərək qısa yubkalı mavilərə donuq gözlərlə baxır , epilepsiya tutması keçirən xəstələr kimi titrəyərək bundan həzz alırdılar. Reverdi insanlıq şərəfini az da olsa xilas etmək üçün böyük məmnuniyyətlə bu əxlaqsız yığınını toplayıb tonqalda yandırmaq istəyərdi.
Sayfa 113Kitabı okudu
... yaraların üstünü örtmək zəiflik əlamətidir. Mənim yaram nə zəiflik əlaməti, nə də fiziki qüsurdur. Bu, gücün nişanıdır.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.