Qisas Gecəsi

Elxan Elatlı

En Eski Qisas Gecəsi Gönderileri

En Eski Qisas Gecəsi kitaplarını, en eski Qisas Gecəsi sözleri ve alıntılarını, en eski Qisas Gecəsi yazarlarını, en eski Qisas Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
176 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı 4 5 saat ərzində oxudum. Oxuduğum zaman keçirdiyim hissləri isə sözlə ifadə etmək mümkün deyil. Kaş ki, bütün gənclərimiz Mübariz İbrahimov kimi Vətən sevgisi ilə dolub daşsa, kaş....
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012290 okunma
Bir az sonra dünya sularında gövdəsinə "Mübariz İbrahimov" adı yazılmış böyük bir gəmi üzməyə başladı.İndi bu gəmi yan aldığı bütün limanlarda insanlara Mübariz adlı qəhrəman haqqında əfsanəyəbənzər həqiqətlər danışır.Mübariz haqqında,bir də dünyanı heyrətə gətirmiş bir qisas gecəsi haqqında. Bu qisas gecəsi,əslində,Azərbaycanın öz düşmənlərinə xəbərdarlığı idi.Belə gecələr hələ çox olacaqdı.Düşmən əsarətindəki torpaqlarda işıqlı azadlıq səhəri açılana kimi...
Reklam
176 syf.
·
Puan vermedi
Qisas gecesinin qehremani Milli Qehremanimiz Mubariz Ibrahimov.19.06.2010cu ilde gece hec kime xeber vermeden sadece bir mektub yazaraq"Sehid olsam uzulmeyin,Veten.sag olsun"deyerek ermeni terefine basqin edir.5saat vurusduqdan sonra sehere yaxin.sehid olur.Ermeniler hetta Mubarizin cesedinnen bele qorxaraq elini qolunu baglayib rus medyasina sekil cekib gonderib.cox tessufki lazimi oxucu kutlesine catdrilmamis bir eserdir.Allah butun Sehidlere rehmet elesin!
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012290 okunma
Hər hansı bir şəxsiyyətin qəlblərdə uzun illər yaşamasında və sevilməsində bədii əsərlərin nə qədər böyük rola malik olduğunu yaxşı bilirdim.
Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir.
Mübariz İbrahimov isə ... O,yüz faizli ölümə getmişdi.Bacardığı qədər düşmən əsgəri öldürüb,sonra ölməyə.Bu,fikrimcə,qəhrəmanlığın ən yüksək zirvəsidir.Belə qəhrəmanlığı hər adam edə bilməz.
Reklam
Mübarizin şəxsi fikrincə,insanlıq simasını itirmiş, Allahı unutmuş bu quldur toplusuna nə xahiş-minnət,nə təbliğat,nə də hədə-qorxu təsir etməyəcəkdi.Onlara yalnız güllə lazım idi.Yalnız odlu güllə onların ürəyindən türkə qarşı olan xəbisliyi,xəyanəti çıxara bilərdi.
-Düzlən! Hərbi hissənin təlim meydançasında sıraya düzülən əsgərlər iyirmi iki yaşlı gizirin ucadan verdiyi əmrə tabe oldular. -Fərəqət! Yerlərində quruyub düz qabağa baxdılar. -Bu nədir,ə,ayaq üstə yellənirsiniz.Şax dayanın! Əsgərlər zəhmli səsdən özlərini bir az da qurutdular.Hərbi hissəyə iki ay əvvəl gəlmiş gənc giziri xeyirxahlığına və mehribanlığına görə sevsələr də,eyni zamanda,ondan çəkinirdilər.Bilirdilər ki,boks yarışlarında bişib-bərkimiş,güclü hərbi hazırlıq keçmiş bu oğlan nə qədər mehriban,saf,sadə olsa da intizamsızlığa qarşı bir o qədər barışmazdır.
-Səni mənə verən Allahdır.Mən də səni Allah yolunda qurban verirəm! Atasından bu sözləri eşidən Mübariz sevincindən özünü itirdi: -Həqiqi? *Həqiqi?...*Bu söz Mübarizin uşaqlıqdan çox tez-tez işlətdiyi söz idi.Üzündə bir uşaq təmizliyi,uşaq sadəliyi oxunurdu.Sanki uşaq idi atası onun üçün təzə ayaqqabı alacağını bildirirdi.O da sevincək olub atasının bu fikrini dəqiqləşdirmək istəyirdi:*Həqiqi?...*
58 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.