Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qızıl Buynuzdan Olan Qız

Kurban Said

Qızıl Buynuzdan Olan Qız Gönderileri

Qızıl Buynuzdan Olan Qız kitaplarını, Qızıl Buynuzdan Olan Qız sözleri ve alıntılarını, Qızıl Buynuzdan Olan Qız yazarlarını, Qızıl Buynuzdan Olan Qız yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
250 syf.
5/10 puan verdi
·
9 günde okudu
Valideynləri Ukrayna yəhudisi olan, alman dilində yazıb yaradan, Bakıda doğulub böyüyən və İtaliyada ömrünü başa vuran Qurban Səidin həyatına aid ciddi bir araşdırma oxumuşdum yaxın günlərdə. Qurban Səidin həyatı ilə yaxından tanış olan biri üçün bu əsərdə həyatından izlər tapmaq çox asandır, Berlində türkologiya tədqiqatı aparmaq, Osmanlı tarixi ilə maraqlanmaq, Şərq mədəniyyətini dərindən mənimsəməyə çalışmaq - bunlar əslində kitabımızın qəhrəmanı Asiadeh kimliyinə bürünmüş Qurban Səidin özüdür. Təsadüfi deyil ki, öz yəhudi kimliyindən qurtulmaq üçün Lev adından imtina edərək Qurban Səid adını götürmüş və həmişə özünü şərqdən biri olaraq hesab etmişdir. Əsərdə isə çatışmayan şeylər o qədər çox idi ki, əsərdən çox sanki Qurban Səidin beynindəki fikirləri oxuyurdum, qəhrəmanların heç biri ilə yaxınlıq qura bilmədim. Bəzi dialoqlar sanki az-maz daxili dünyalarını anlamaq üçün yol kimi görünsə də, növbəti hissədə hər şey başa dönürdü. Baş qəhrəman mütəmadi olaraq şərqi xatırlayır, öz adət-ənənələri üçün yaşamağa çalışır və sonda da yolunu o cür seçir. Qurban Səidin şərq və qərb arasındakı fərqi izah etmək üslubu kobud idi, əsas problem bundadır. Əlbəttə ki, indi oturub şərq-qərb müqayisəsinə baxmaq daha rahat gəlir insana, çox şey dəyişərək bir-birinə yaxınlaşıb, amma müəllif də şərqin və qərbin insanını fərqləndirmək üçün çox ifrat nöqtələrə toxunub, zənnimcə, çox insan həyatını elə pik nöqtələrdə yaşamır. Bu səbəbdən roman sürreal ovqata bürünmüşdü.
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said · Qanun Nəşriyyatı · 201867 okunma
Psixoanalitiklər-insanların boğazlarına baxdıqları kimi,qəlblərinə də baxan adamlardır.
Reklam
Vətənini və ruhunu yalnız onlara heç vaxt sahib olmamış adamlar itirirlər.
Sayfa 275Kitabı okudu
Yalnız ilanlar öz dərilərini dəyişirlər ki, bununla qocalmaqda olan ruhları yenidən cavanlaşsın. Biz adamlar ilana oxşamırıq. Biz ruhumuzu atıb dərimizi saxlayırıq,
Sayfa 269Kitabı okudu
Qadınlar olmadan kişi miskin və acizdi. O, sərgərdan halda səhranı dolaşır, öldürür və oğurlayır, heç kəs də onun üzünü görmək istəmir. O, qadının çadırında ev və himayə tapır, buna görə də biz o şərəfə layiq görülmüşük.
Sayfa 219Kitabı okudu
Qərb təfəkküründə, o deyir, fərdi, şəxsi olan şeylər hökmranlıq eləyir. Bizim təfəkkürümüzdəsə İlahiylə mütləq əlaqə duyğusu hakimdi. Qərb kainatdan qopub, onları bağlayan bağ qırılıb. Təkəbbürlü Qərb qalan dünyadan təcrid olunmaq üçün öz ətrafında xəndəklər qazan qalaya oxşayır. Şərqsə kainat- la fasiləsiz əlaqədə yaşayır və fəaliyyət göstərir. Bax, buna görə də Şərq incəsənətində yarımçıqlıq, eyni zamanda da hüdudsuzluq var, bunun müqabilində Qərb incəsənəti fərdidi və dəqiq hüdud- lar içindədi.
Sayfa 143Kitabı okudu
Reklam
Yaxşı arvadlar yaxşı almazlardan dağa artıq dəyərə malikdirlər.
Ağıllı qadın həm xidmət göstərir,həm də hökmranlıq eləyir, hökmranlıq üçün yarananlar çadra altında da hökm sahibi olacaqlar.
Sənə verilənlərin hamısı gəlib gedir, yalnız həzz verən biliklər qalır. Həyatda mövcud olan hər şey yox olur,bitir. Yalnız yazılanlar qalır, qalanları açıb gedir.
Öz qəlbini yad adama necə göstərmək olar? Bu isə zorakılıqdan da pisdi.
138 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.