Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qərb Bürküsü

Çingiz Abdullayev

Qərb Bürküsü Gönderileri

Qərb Bürküsü kitaplarını, Qərb Bürküsü sözleri ve alıntılarını, Qərb Bürküsü yazarlarını, Qərb Bürküsü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- Bütün insanlardan emosiyalarını eyni şəkildə ifadə etmələrini tələb etmək olmaz.
Sayfa 254 - Timur QarayevKitabı okudu
Agentlər agent olaraq dünyaya göz açmadıqları kimi, satqın olaraq da doğulmurlar. Və qarşı tərəfin informatorlarının arasında olanların kəşfiyyatçı və əks-kəşfiyyatçı olmaları mütləq deyil.
Sayfa 243Kitabı okudu
Reklam
Ümumiyyətlə, qaliblərlə danışmaq çətindir. Onlar özlərini şərtlər irəli sürməyə haqlı hesab edirlər.
Sayfa 229Kitabı okudu
“Mən Allaha inanıram, yerdə qalan her şey isə nağd olsun”. Səhv etmirəmsə, bu ölkənin şüarı belədir. Siz axı öz pullarınızın üstündə “Mən Allaha inanıram” deyə yazırsınız.
Sayfa 225 - Eduard Skobelev (Anton Skolev)Kitabı okudu
Mənim problemlərim onun nəyinə gərəkdir?
-.. Dedim ki, hər şey yaxşıdır. Həmişəki kimi, çox yaxşıdır.
Sayfa 141 - ElinaKitabı okudu
- Belə olan halda özünüzə əzab vermək lazım deyil. Özünüzə bir neçə bəsit sual verin. Sizə nə istəyirsiniz? İstəyinizə çatmaq üçün nələri qurban verməyə hazırsınız? Əgər daxili-mənəvi rahatlığınızı itirəcəksinizsə, inanın ki, dünyada heç bir iş belə stresə dəyməz.
Sayfa 113 - İosif NaumoviçKitabı okudu
Reklam
Həqiqətənmi biz başqalarından daha çox heyvanıq?
- Ümumiyyətlə, insan formalaşmanın son həddinə nə zaman çatdığını bilmir. Siyasətdə, ya da yaradıcılıqda. Bəzi adamlarda bu yetmişdən sonra da ola bilər. Məsələn, Adenaur. Yaxud da doxsan yaşdan artıq ömür yaşamış Tisian. Şair Sergey Mixalkov səksən yaşından xeyli sonra evləndi. İndi onun doxsan üç yaşı var. Belə hallarda deyirlər ki, heç zaman “tövbə” demə.
Sayfa 113 - İosif NaumoviçKitabı okudu
Lakin satqınlığa bəraət qazandırmaq mümkün deyil.
Bir insanın satqınlıq etməməsi qeyri-münasib və ağır vəziyyətlərə düşmədiyindən deyil, onun təbiətcə, qəlbən və ruhən, vicdan baxımından satqın ola bilməməsindəndir.
Sayfa 106Kitabı okudu
- Sevənlər xəyanət etmir, - deyə Elina üzünü çevirərək əsəbi halda cavab verdi, - Mənə elə gəlirdi ki, insan sevdiyi adamın yanında yaşamaq, onu qorumaq, ona zövq yaşatmaq, onun kədərinə acıyıb, xoşbəxtliyinə sevinmək istəyir. - Sevginin müxtəlif formaları var, - deyə Timur qeyd etdi, - Bütün insanlardan emosiyalarını eyni şəkildə ifadə etmələrini tələb etmək olmaz. - Amma incitmək, ağrı-acı vermək olar, hə? - deyə Elina başını qaldırıb soruşdu
Sayfa 254Kitabı okudu
Təbiət qadınlara münasibətdə necə də ədalətsiz davranıb.
Reklam
İnsanlardan nə oxuduqlarını soruşduqda, hamı dərhal elə indicə Konfutsini əllərindən qoyduqlarını, Prustu axıra qədər oxumadıqlarını və əllərində Coysla yuxuya getdiklərini xatırlayırlar. Heç kim, sadəcə, istirahət üçün hansısa bir kitabı oxuduğunu etiraf etmir.
Adamın pulu çox olanda bütün problemləri uydur­ma və qeyri-ciddi görünür. Pul həddindən artıq çox olan­da, ümumiyyətlə, problem olmur. Xərclənməsi mümkün olmayan dərəcədə çox olanda isə , bu pullar bəzən hara qoyulması və necə ağılla xərclənməsi kimi problemə çevrilirlər. Pul heç olmayanda başqa problemlər yara­dır.