Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qubanın Qonaqkəndi və Zəfər salnaməsi

Pərviz Aslanov

Qubanın Qonaqkəndi və Zəfər salnaməsi Gönderileri

Qubanın Qonaqkəndi və Zəfər salnaməsi kitaplarını, Qubanın Qonaqkəndi və Zəfər salnaməsi sözleri ve alıntılarını, Qubanın Qonaqkəndi və Zəfər salnaməsi yazarlarını, Qubanın Qonaqkəndi və Zəfər salnaməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
1933-cü ildə Qonaqkənd rayonu təşkil olunanda bu ərazidə 19 sovetlik, 51 kənd, 43 kolxoz olmuşdur. 1959-cu ilin 4 dekabrında SSRİ Nazirlər Sovetinin qərarı ilə Qonaqkənd rayonu ləğv edilərək Quba rayonunun ərazisi ilə birləşdirilmişdir. Qonaqkəndə 1964-cü ildən şəhər tipli qəsəbə statusu verilmişdir. Qonaqkənd qəsəbəsi Qubadan - rayon mərkəzindən 46 kilometr uzaqlıqda, Cimi çayının sağ və sol sahillərində yerləşir.
Qonaqkənd adının yaranma tarixi çox qədimlərə gedib çıxır. Həmin yaşayış yerinin adının yaranması barədə dəqiq məlumat olmasa da, ehtimal oluna bilər ki, Qonaqkənd tarix boyu strateji mərkəz olmuşdur.
Reklam
Qonaqkənd.
Alasan ananın xeyir-duasın, Bir az da udasan dağlar havasın. Sağaldır şirin söz, insan yarasın, Ağsaqqallar əhvalımı soranda, Bəxtəvərəm Qonaqkənddə olanda.
Elxan İlhamoğlu.Kitabı okudu
Qubanın təbiət abidələri.
Rayon ərazisində 60-dan çox təbiət abidəsi mövcuddur. "Xan bulağı", "Ağacda ev", "Atəşgah", "Cəfər dərəsi", "Minarə", "Xaşı İstisu", "Sona bulağı" kimi təbiət abidələrinə maraq çoxdur.
Təngəaltı.
Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası "dağ arası yer" deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələ çay keçir. İki dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda "Qaçaq Mayıl"ın mağarası diqqət çəksə də, oraya çıxmaq peşəkar dağçıların işidir.
Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 2,58 min kv.km, 01 oktyabr 2012-ci il tarixilə əhalisi 158,800 nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıya alınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. Rayonda bir şəhər, yeddi qəsəbə və 149 kənd olmaqla, əhalinin çoxu kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı qəsəbə, Qonaqkənd qəsəbəsi, I Nügədi və II Nügədi kəndləridir.
Reklam
Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.