Qubanın Qonaqkəndi və Zəfər salnaməsi

Pərviz Aslanov

En Beğenilen Qubanın Qonaqkəndi və Zəfər salnaməsi Gönderileri

En Beğenilen Qubanın Qonaqkəndi və Zəfər salnaməsi kitaplarını, en beğenilen Qubanın Qonaqkəndi və Zəfər salnaməsi sözleri ve alıntılarını, en beğenilen Qubanın Qonaqkəndi və Zəfər salnaməsi yazarlarını, en beğenilen Qubanın Qonaqkəndi və Zəfər salnaməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qonaqkənd.
Alasan ananın xeyir-duasın, Bir az da udasan dağlar havasın. Sağaldır şirin söz, insan yarasın, Ağsaqqallar əhvalımı soranda, Bəxtəvərəm Qonaqkənddə olanda.
Elxan İlhamoğlu.Kitabı okudu
1933-cü ildə Qonaqkənd rayonu təşkil olunanda bu ərazidə 19 sovetlik, 51 kənd, 43 kolxoz olmuşdur. 1959-cu ilin 4 dekabrında SSRİ Nazirlər Sovetinin qərarı ilə Qonaqkənd rayonu ləğv edilərək Quba rayonunun ərazisi ilə birləşdirilmişdir. Qonaqkəndə 1964-cü ildən şəhər tipli qəsəbə statusu verilmişdir. Qonaqkənd qəsəbəsi Qubadan - rayon mərkəzindən 46 kilometr uzaqlıqda, Cimi çayının sağ və sol sahillərində yerləşir.
Reklam
Qonaqkənd adının yaranma tarixi çox qədimlərə gedib çıxır. Həmin yaşayış yerinin adının yaranması barədə dəqiq məlumat olmasa da, ehtimal oluna bilər ki, Qonaqkənd tarix boyu strateji mərkəz olmuşdur.
Təngəaltı.
Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası "dağ arası yer" deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələ çay keçir. İki dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda "Qaçaq Mayıl"ın mağarası diqqət çəksə də, oraya çıxmaq peşəkar dağçıların işidir.
Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.
Sən bir gülüstansan, mən bir bülbüləm, Məftunam səndəki camala, Quba! Bir cənnət bağısan əzəldən bəri, Sığmaz gözəlliyin xəyala, Quba!
Mövlud QonaqKitabı okudu
Reklam