Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi

Kolektif

Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi Gönderileri

Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi kitaplarını, Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi sözleri ve alıntılarını, Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi yazarlarını, Qurani Kərimin Azərbaycan Dilinə Tərcüməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
əl-Ənam
95.Şübhəsiz ki toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri diridən ölü çıxardan (ölü yumurtadan diri toyuq,diri toyuqdan ölü yumurta yaradan) Allahdır.Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilərsiniz?
əl-Maidə
116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? (İsa cavabında) deyəcək: "Sən paksan (müqəddəssən)! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybleri bilən ancaq Sənsən!
Reklam
əl-Maidə
104. Onlara:"Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!"-deyildiyi zaman:"Atalarımızın getdiyi yol bizə yetər",-deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!
əl-Maidə
48. (Ya Rasulum!) Biz (Qur'anı) sənə haqq olaraq, özünden əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur'an) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onlann nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət ve bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etmesi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizle yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələləri (onlanın həqiqətini) sizə xəbər verecekdir!
əl-Maidə
45. Biz (Tövratda İsrail oğullarna) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş ve yaralanınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab ve şəriət) ile hökm etməyənlər, əlbəttə, zalimdirlər!
142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah onları aldadır. Onlar namaza durduqlan zaman (yerlərindən) tənbəlliklə (könülsüz qalxar, özlərini (yalandan) insanlara göstərər və Allahı olduqca az yad edərlər.
Reklam
170. Ey insanlar! Peyğəmbər Rəbbinizden sizə haqqı (Qur'anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki,) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
Ən-nisa
108. Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onlan bilir). Allah onların nə etdiyini (Öz əzəli elmi ilə) ehtiva edəndir (biləndir).
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.