Povestlər

Saz

İsa Muğanna
Tahmini Okuma Süresi:
7 sa. 56 dk.
Sayfa Sayısı:
280
Basım Tarihi:
2015
Yayınevi:
Hədəf Nəşrləri
ISBN:
9789952405514
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

8/10
·75 syf.··
Beğendi
·
2024 93. kitabı
·
26 saatte okudu
·
Okunma: 17 Mayıs 2024 19:56
"Saz" Azərbaycan yazıçısı İsa Hüseynovun (Muğanna) İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə, Azərbaycan kəndlilərinin həyatındakı ağırlığı, çətinliyi təsvir etdiyi povestidir. Povestdə Sovet orqanlarında çalışan Qılınc Qurbanla, xalqın nümayəndəsi, dünya görüşünün daşıyıcısı İsfəndiyar kişi qarşılaşdırılır. Bəli, bir tərəfdə iki oğlunu müharibəyə göndərən dürüst, saf, mehriban İsfəndiyar kişi, digər tərəfdə vəzifəsinə arxalanaraq insanların həyatına istədiyi kimi müdaxilə edə biləcəyini düşünən Qılınc Qurban. Ömrünü başqalarının həyatına müdaxilə ilə keçirən insan necə yaşaya bilər ki? Qılınc Qurbanın əksinə, İsfəndiyar kişi öz həyatını yaşayaraq başqalarını da yaşatmağın gözəl nümunəsidir. O, böhtanlara inanmayaraq, el-obanın hər cür qınaq və tənələrini gözə alır. İsfəndiyar kişi böyüklük, saflıq, dürüstlük kimi insani duyğuları təcəssüm edir. Qılınc Qurbanın hədələrinə, böhtanlarına rəğmən İsfəndiyar kişinin arxasında durduğu, müdafiə etdiyi Hacı obrazını isə mənəvi təmizlik və məsumluq mücəssəməsi kimi qəbul edə bilərik. Əslində, əsərdə müharibə mövzusundan çox insani keyfiyyətlər, əxlaq və mənəviyyat məsələləri ön plandadır. Povestə adını verən saz əsər boyunca qabarıq verilməsə də, oxuduqca onun yanıqlı səsini eşidirik, bir də Bəhmənin ifasını: “Gəl, ey Şeşpayi-bəhrim, Qalmadı təbanım təhrim...” Mənim fikrimcə, saz burada İsfəndiyar kişinin ümidlərinin timsalı idi. İnsan ümidləri öləndə, həyat idealları sındırılanda məhv olur. İsfəndiyar kişi də Bəhmənin sazı kökdən düşdüyü gün məhv oldu...
Edebiyat
Sazİsa Muğanna · Hədəf Nəşrləri · 201536 okunma
Puan vermedi·280 syf.··
2022 16. kitabı
·
22 günde okudu
·
Okunma: 27 Ocak 2022 20:02
İsa Hüseynovun “Saz” əsərində müharibənin arxa cəbhə olaraq hiss edildiyi, lakin elə müharibədəki qədər əzmin, zəhmətkeşliyin nümayiş etdirildiyi əsərlərindən biri də budur. Əsər ikinci dünya müharibəsi illərinin çətinliklərini ya da bizə çatdırıla bilinəcəyi qədər məhrumiyyətlərini, özləntilərini əks etdirir. Əsərin iki əsəas sürəti vardır. Hansı ki, onların simasında əsərə sözün əsl mənasında sevə və ya nifrət edə bilərik. İsfəndiyar kişinin oturuşmuş, ağsaqqal və dik duruşlu bir obraz yaradılmışdır. El dili ilə desək “köhnə kişilərdəndir”. O, iki oğlunu müharibəyə yola salıb. Zaman-zaman oğul həsrəti çəkir. Evə gəlib oğullarını ailələrinin başında görməyəndə öz dili ilə desək “ ürəyinin başına od düşür”. Əsəri oxuyarkən bir məqamda mənə elə gəldi ki, İsfəndiyar kişiyə nəsə olacaq o nə daha öz övladlarının qayğısını çəkə biləcək, nə nəvələrini əzizləyə biləcək nə də həqiqi mənada gəlinlərinə atalıq edə biləcək. Lakin yazıçının bu obrazı elə bu məqamdaca öldürməyi heç də məntiqdən bir addım olmazdı. Bəlkə də, İsfəndiyar kişinin o qədər düşündürən şey tək öz ailəsi yox, elə müharibənin nə vaxt bitməsi ehtimalı, bitib-bitməməsi düşüncələri, nəvələrinin atasız qalma halı idi.Ahıl yaşında ona uzanan əlləri boş qoya bilmir. Dəmirçi dükkanında yenidən əlinə iş alır, dəmir döyür. Bir növ bununla bacardığı, həyatda olduğu müddətcə kömək etməyə çalışır. Haqsızlıq onun aləmində ən böyük güanhlardan sayılır. Heç bir bəndənin nə haqqının yeyilməsini, nə də haqq yeməsini həzm etmir. Məhz buna görə də Qılınc Qurbanla belə üz-üzə gəlir. Onun haqszılıq etdiyi məqamlara dözə bilmir. Müharibənin gərginliklərini öz üzərində cəmləşdirmiş, bir növ “zəhər tuluğu” təsirini bağışlayan, idarəçililik imkanlarından müəyyən hallarda sui-istifadə edən, bəzi hallarda müahribəyə getmiş adamların
Sazİsa Muğanna · Hədəf Nəşrləri · 201536 okunma

Yazar Hakkında

İsa MuğannaYazar · 17 kitap
İsa Mustafa oğlu Hüseynov (Мuğannа) (12 haziran 1928, Мuğanna, Ağstafa, Azerbaycan SSC - 1 nisan 2014, Bakü, Azerbaycan) — olağanüstü bir yazar, senarist ve kinoredaktor,[1] "Nesimi" ödülü ilk kazanan (2012).