Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəbi-Hicran

Əlabbas

Sözler ve Alıntılar

Tümünü Gör
Qayda vardı, qanun vardı, niyə sonra diligödək, başıaşağı olaydılar? Neçə gün idi yığışırdılar, ağı deyib ağlaşırdılar, amma dağılışmırdılar. Çoxdan idi burada, insan həniri hələ də kəsilməyən bu balaca aulda hamı qəbilə halında yaşayır, özlərilə birfə minillik adət-ənənəni də yaşadır, hələ üstəlik yeri gələndə bu cavabdehlikdən bir məmnunluq da duyurdular...
Deyirdin bəs o səstək dumanlı dərələrə, yal-yamaca yayılmır, çəkilib tutqun, boz-bulanıq göylərə gedir, əriyib sona, sonsuzluğa qovuşur. Ona görə də kəsilmir, yox olmur, sanki yenidən qayıdır...
Reklam
Sən ümidli ol, möcüzə baş verəcək, o da gəlib mütləq bizim qismətimizə çıxacaq...
O gecə ac-acına, dan üzü elə dəmir skamyanın üstəcə, başını soyuq divara söykəyib gözünün acısını almaq istəməyin axırı xof içində ayılmaqla bitdi. Durdu ki, buz kimi tərin içindədir. "Yazıq yetim, ayın da qaradır, günün də". Bu səs idi onu yatmağa qoymayan, babasının səsi. Qəlbisınıq böyüməsin deyə, qoca ömrü uzunu yetim sözünü dilə gətirməyi şəninə sığışdırmasa da, görünür, bu da yaşla bağlı idi, taledən şikayət məqamı yetişəndə nə var, tərsinə olurdu...
Hərdən eşitdirən də olur ki, deyəsən, qocalıram, bu yaşda da diş tökülər? Tökülər, deyirəm, niyə tökülmür, indi hər şey kimi dişlərin də ömrü qısalıb. Vaxt var idi, adamlar yüz iyirmi, yüz otuz il ömür sürürdülər, zaman gələcək, yetmiş il yaşayana qəhrəman kimi baxacaqlar...
Sayfa 204Kitabı okudu
Belə ki, görürəm, gəlməyimi gözləməyiniz artıqdandı. Burda heç nə adamın özündən asılı olmur. Bataalıqda necədi, burda da elə, tərpəndikcə bir az da dərinə gedirsən
Sayfa 129Kitabı okudu
Reklam
Radio-televiziya iş gücünü buraxıb gecə-gündüz yalnız bundan danışır. Nə qədər adam qəzada ölüb, nə qədərini öldürüblər, kim kimin başını kəsib, oğul atanı necə bıçaqlayıb, gəlin qayınananı hansı şəraitdə boğub... Hansını deyim?...
Sayfa 125Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.