Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri

Anar Rzayev

En Yeni Seçilmiş Eserleri Sözleri ve Alıntıları

En Yeni Seçilmiş Eserleri sözleri ve alıntılarını, en yeni Seçilmiş Eserleri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnan mənə, bir gün hər şey sona yetir, ən çılğın ehtiras belə bitib tükənir və kişi ilə qadını başqa heç nə bağlamırsa, - yəni, ailəyə, uşaqlarla, nigahla bağlı deyillərsə, - onda belə bir əlaqə elə bir işgəncəyə çevrilir ki, gəl görəsən.
Sayfa 258Kitabı okudu
Kişi məlakəni f...ə edən deyil, f...ni məlakəyə çevirəndir.
Sayfa 273Kitabı okudu
Reklam
Deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər.
Sayfa 250Kitabı okudu
Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür duyublar, eyni duyğuları keçiriblər - məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman, nisgil, ümid, həsrət duyğuları - və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla "səndən mənə yar olmaz" qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan, tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya da məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox, əlbəttə, biz bir birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, əlbəttə biz bir- birimizinik, əlbəttə, "səndən mənə yar olmaz"
Sayfa 247Kitabı okudu
Məhəbbət - iki nəfərin şəxsi işidir, deyirlər ki, üçüncü artıqdır, amma bəzən məhz bu üçüncü gərək olur iki sevənə - səadətlərinin şahidi kimi. Bu şahid güzgü kimi lazımdır onlara - güzgüyə baxıb öz xoşbəxtliklərini görmək üçün
Sayfa 239Kitabı okudu
Aşiq olan insan eqoistləşir, ona elə gəlir ki, keçirdiyi xoşbəxtlik, səadət dəmləri başqalarına da yoluxa bilər. Halbuki başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilər, əksərən, hər bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta, qısqanır, ya həsəd çəkir bu özgə sevincinə.
Sayfa 238Kitabı okudu
Reklam
...insana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilir..
Sayfa 235Kitabı okudu
Eh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, - dedi. Başa düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi...
Sayfa 210 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
..insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün başqa zahiri şeylərin əhəmiyyəti yoxdur.
Sayfa 199Kitabı okudu
Dünyada bir həqiqət, yalnız bircə həqiqət var - qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur.
Sayfa 192Kitabı okudu
Reklam
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanı özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" O demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədə-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür-hara gedirsən get-nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Ruhsuz!!!
Zaurik , gör bir nə qədər sadədir və gözəldir: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə? Zaur: Bakıda mümkün deyil bu, - deyirdi, - küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək. – Eh, ruhun yoxdur sənin.
Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən - belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Sayfa 149 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
“Əlvida! Sağ ol! Hələlik! Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib isə üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar.
Sayfa 160 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
93 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.