Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri

Anar Rzayev

Sayfa Sayısına Göre Seçilmiş Eserleri Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Seçilmiş Eserleri sözleri ve alıntılarını, sayfa sayısına göre Seçilmiş Eserleri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün-beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər.
Sayfa 30 - Ağ Liman (povest)Kitabı yarım bıraktı
Reklam
Payız, asqılıqdan palto götürən kimi, ağacların başından küləyi götürüb getdi.
-Oğul,- dedi,- hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
...hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
- bu işdə bir məna görmürəm. - hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı .
Reklam
..dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
...bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən.
Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, buradan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan.
Təhminə : - Amma vaxt adamı bilirsən necə dəyişir! Adam heç özü də bilmir, bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm?
Reklam
...adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü- özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır.
Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi pirano bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub.
Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qaçıb qurtarır ki, bura, bu son mənzilə sağ-salamat gəlib çıxa bilsin. Yüz cür təsadüfi ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin.
80 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.