Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Cafer Cabbarlı

Seçilmiş Eserleri Sözleri ve Alıntıları

Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri kitap alıntılarını, Seçilmiş Eserleri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır... Çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun.
Sayfa 115 - Milli Elmlər Akademiyası NəşriyyatıKitabı okudu
İnsanların bu qədər şirin saydıqları və məhəbbətlə adını yad ettikləri həyata bircə kəlmə ilə "əzab" adı versəydilər, daha da gözəl olmazdımı?!
Sayfa 119 - Milli Elmlər Akademiyası NəşriyyatıKitabı okudu
Reklam
Sən tifli-dəbistansan, uzaqlaş təpərin yox! Eşq aləmi bir başqa bəladır, xəbərin yox!
Sayfa 14 - Milli Elmlər Akademiyası NəşriyyatıKitabı okudu
Cahanda yox elə bir qüvvə baş əyim ona mən Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? ︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎︎ Ana! Ana!.. O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir; Onun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir.
DİLARƏ
Səadət şərbətini tapıb içərkən qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
Cəfər Cabbarlı Şeirlər
Dün о gözlərdə inliyən sevgi, О baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dоdaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat О zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də оldun şən. Dillə “sevdim” diyоrsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığım... Eşq yоx, zövq yоx, yetər! Get, Get!.. Nerdədir gördüyüm səmimiyyət, Niyə yavrum riyayə çevrildi?!