Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Bu dunya NERDIVANDI....
Bu dünya nərdivandı – Qalxanda mehribandı, Enəndə nə yamandı… Görüşdük pillələrdə, Yolun yarısında biz. Sən qalxırdın bu dəmdə, Mən enirdim xəbərsiz. Səni arzularına Qaldırırdı nərdivan. Məni xatirlərə Endirirdi bu zaman. Birimiz – günçıxana, Birimiz – günbatana. Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. Sən də enə bilməzdin – Haqlı, haqsız vermişdi Öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya, Ya sən əvvəl gələydin, Ya mən sonra dünyaya......
Reklam
Qadınsız çətindir həyatı sevmək, Sevgisiz həyat da bir həyat deyil.
Mən bir həqiqəti öyrəndim ancaq... Günah kişidədi ,qadında deyil...
Demə, bu sevdanın nə mənası var, Mənası budur ki, bu məna yanır..........
Elə dayanırsan , elə baxırsan , Elə bil qarşında quru bir daşam . İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam . Səni dostlarımla , tanışlarımla , Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri yad ehtiramla , Deyirlər tanış ol .... Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm , Yolumu gözlərdin yollardan uzaq . Mən sənin yuxundan çıxıb gəlmişəm , Bu da bir yuxudur , gəl tanış olaq . Qoluna girərdim ... bu , yadındadır , gedərdik ... yolumuz , arzumuz şərik . Qolum qollarının lap yanındadır , toxunsa biz indi üzr istəyirik .
Reklam
Dunyada sevgi de mehebbetde var Amma evvelceden soz demek olmur Dunyada ele bil bir qismet de var.... belke.. O qismetden.cox yemek olmur?!...
Niyə sevənlər ağlayır? Baxtı yolunu bağlayır. Din bu eşqi günah sayır, Tanrı da var dindən qabaq....
Gərək daralmasın bu eşqə həyat Deməyin biz kimik,nəçiyik,nəyik Yad ikən doğmayıq, doğma ikən yad Dünya qəribədir, biz qəribəyik.....
Reklam
Sene nece gelir?!
Mene ele gelir...haraya getsem. Gözünde, gönlünde yalnız tek menem Sen meni unuda bilmeyeceksen, Sene nece gelir...onu bilmirem. Mene ele gelir...yaşamak olmaz Güneşsiz,havasız,beledir alem. Hemdemsiz çetindir...söz çok ömür az, Sene nece gelir...onu bilmirem
Təzədən o hissi oyada bilsən Qaytar o illərə təzədən məni Qayıt yalvarıram ,qayıda bilsən Mənim xatirimə UNUT SƏN MƏNİ... Əvvəlki həvəslə döyünür urek İndi bir heqiqet kəşf etdim,inan Sevməyi kişidən öyrənmək gərək Əsl sədaqəti-ancaq qadından....
Mən səni sevəndə yaz havasıydı, Neyləyim, taleyin gözü tökülsün. Həyatım əlində quş yuvasıydı, Quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, Qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, yuyur, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!-sənin ad günün, Biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün, Anı da tarixi bir hadisəymiş.
Bir yol ayrıcına bənzəyir həyat, Yaramaz həyatın üstündə əsmək. Cəsarət istəyir, bir də ehtiyat, Nə ləngimək olar, nə də tələsmək. Ehtiyat elədim orda ki, bir vaxt, Cəsarət hər şeyə, məncə, dəyərdi. Cəsarət göstərdim orda ki, ancaq, Adi bir ehtiyat bəs eləyərdi. Bu dünya qəribə bir əyləncədir, Dünya sərt, mən bəzən uşaqxasiyyət. Yaşadım, bilmədim bu dünya nədir, Bilmədim, dünyada nədir səadət. Kədərim dünyanın vecinə deyil, Sevincim necə bəs, düşürmü yada? Bəlkə dünya üçün, bu - heç nə deyil, Nə qədər sevinc var, qəm var dünyada. Dünya sərgisində göründüm, yetər, Həqiqət dedim mən ”yalan dünya”ya, Dünyanı əyləncə hesab edənlər, Əylənib baxsınlar bir an dünyaya.
50 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.