Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yenə də gözlərim gözündə qalıb, gördüyüm mənaya qurban olaram, Əgər həqiqətsən, mən həqiqətə, röyasan, röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığını o yola, izə, çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, sən olan dünyaya qurban olaram.
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Deyiləm
Hər eşqin yolu var, hər ömrün yarı, Yeri, bu ümidlər yolunda yarı... Daha nə gizlədim çalınmış tarı, Kökləyən deyiləm, çalan deyiləm... - Nəriman Həsənzadə
Reklam
Ayrılıq
Mən səni həyatda daşa dəyişdim, Torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa dəyişdim, Çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, Duydum buza dönən nəfəsimi də. Anamı əlimdən alan təbiət,
Düzdü mən sevmirəm qışqıranları, Susmağın qulağı batırır sənin. - Nəriman Həsənzadə
Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim, bu, yadındadır, Gedərdik ,yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, Toxunsa, biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Reklam
Sən..mənim dünyamsan,dünyama qayıt...
İlhamım,qələmim danışan deyil, qayıt ,öz gözümdə itirəm sənsiz Ünvan mənimkidir, ancaq elə bil, özgənin evinə gedirem Sənsiz......
xanımına yazdıgı seir....
Mənə sual versələr deyərdim heyat nədir.... Həyat -həyatda deyil, Sənin gözlərindədir..........
Bir qadın ömrünü girov qoymuşam bir şair ömrünü yaşatmaq üçün.....
Reklam
Sən məni bu qədər gözlətməmişdin, Belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, Gizlənpaç oynayan vaxtımızda da. Hayana getsən də,dönmüşdün yenə, Qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə, Gedibsən, qayıtmaq yadından çıxıb.................................................
Bir yol ayrıcına bənzəyir həyat, Yaramaz həyatın üstündə əsmək. Cəsarət istəyir, bir də ehtiyat, Nə ləngimək olar, nə də tələsmək. Ehtiyat elədim orda ki, bir vaxt, Cəsarət hər şeyə, məncə, dəyərdi. Cəsarət göstərdim orda ki, ancaq, Adi bir ehtiyat bəs eləyərdi. Bu dünya qəribə bir əyləncədir, Dünya sərt, mən bəzən uşaqxasiyyət. Yaşadım, bilmədim bu dünya nədir, Bilmədim, dünyada nədir səadət. Kədərim dünyanın vecinə deyil, Sevincim necə bəs, düşürmü yada? Bəlkə dünya üçün, bu - heç nə deyil, Nə qədər sevinc var, qəm var dünyada. Dünya sərgisində göründüm, yetər, Həqiqət dedim mən ”yalan dünya”ya, Dünyanı əyləncə hesab edənlər, Əylənib baxsınlar bir an dünyaya.
54 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.