Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,
Eşqində bir ancaq mənim ömrüm hədər oldu.
Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı,
Tale mənə yar olmadı, bir dərdi-sər oldu.
Mən ağladım öz halıma, biganə sevindi,
Şükr eylə ki, mən qaldım, o məndən betər oldu.
Kuyində mənə zülm eləyəndən biri qalmıb,
Ahım odu yandırdı, hamı dərbədər oldu.
Үıxmaqdı məni məqsədi namərd rəqibin,
Bar vermədi məqsudi, bütün bisəmər oldu.
Ayrılmaz idik bir-birimizdən, aramızda,
Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu.
Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.
Hər kim vətənin sevdi, o əhli-hünər oldu.
Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət!
İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu.
Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,
Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.