Hasanli

Hasanli
@juneydhassanly
O qara gözlərin deyil parlayan, Ulduzlar içində gecələrimdir.
Reklam
Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm, Hazırda bizim əsrdə cənnət yenə vardır.
Əliağa Vahid - Oldu
Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu, Eşqində bir ancaq mənim ömrüm hədər oldu. Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı, Tale mənə yar olmadı, bir dərdi-sər oldu. Mən ağladım öz halıma, biganə sevindi, Şükr eylə ki, mən qaldım, o məndən betər oldu. Kuyində mənə zülm eləyəndən biri qalmıb, Ahım odu yandırdı, hamı dərbədər oldu. Үıxmaqdı məni məqsədi namərd rəqibin, Bar vermədi məqsudi, bütün bisəmər oldu. Ayrılmaz idik bir-birimizdən, aramızda, Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu. Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir. Hər kim vətənin sevdi, o əhli-hünər oldu. Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət! İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu. Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər, Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.
https://www.youtube.com/shorts/lNK0oeTb76k
Mən sevda yolunun bir yolçusuyam. Bu yollar bir dərə, mən axar suyam. Çünki axar sular geriyə dönməz, Sevgi bir günəşdir, könlümdə sönməz.
Sayfa 62
Dünən qanmadığımı, Bu gün mənə qandırır. Kim döşünə döyər ki, Mən vahidəm, mən birəm?! Bircə bunu bilirəm, Mən güclüyəm, qadirəm. Mən gücsüzəm, acizəm, Təkcə vaxtın əlində!
Reklam