Hasanli

Hasanli
@juneydhassanly
Qəzəl
Xosrovi-hüsnün əzizim, sən imişsən taci, Xublar cümlə sənin dərgahının möhtaci. Qabi qövseyi-qaşın, leylətül-əsra zülfün, Tapmısan mərtəbeyi-hüsndə sən meraci. Tökülüb zülfü-siyah arizi-alın üzrə, Kəbəyə çöl ərəbi mane olur hüccaci. Zairi-kuyinəm ey məh, qoy öpüm xalından, Həcəri öpməyənə xalq deməzlər haci. Kəc nigahilə dələr bağrımızı müjganın, Bu ox atmağı kim öyrətdi sənə qıyqaci? Gecə-gündüz səri-kuyində sızıldar Sabir, Neyləsin, qovma qapından, kəsilib illaci. Mirzə Ələkbər Sabir Mirzə Ələkbər Sabir
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Xumar-xumar baxmaq göz qaydasıdır, Lalətək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir. Molla Penah Vagif
Düşmənin nifrəti deyil qorxulu, Dostun soyuqluğu düşmənçilikdir. Bahtiyar Vahapzade
Gözüm yuxu yata bilməz, Ana bilməz, ata bilməz. Qızıl olsa çata bilməz, Tapdığım itirdiyimə. Ramiz Rövşən
Xalın qaradı, zülf qara, gözlərin qara, Bir ağ gün görərmi olan mübtəla sana?! Seyid Əzim Şirvani