Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bu dunya NERDIVANDI....
Bu dünya nərdivandı – Qalxanda mehribandı, Enəndə nə yamandı… Görüşdük pillələrdə, Yolun yarısında biz. Sən qalxırdın bu dəmdə, Mən enirdim xəbərsiz. Səni arzularına Qaldırırdı nərdivan. Məni xatirlərə Endirirdi bu zaman. Birimiz – günçıxana, Birimiz – günbatana. Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. Sən də enə bilməzdin – Haqlı, haqsız vermişdi Öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya, Ya sən əvvəl gələydin, Ya mən sonra dünyaya......
Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Reklam
Yenə də gözlərim gözündə qalıb, gördüyüm mənaya qurban olaram, Əgər həqiqətsən, mən həqiqətə, röyasan, röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığını o yola, izə, çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, sən olan dünyaya qurban olaram.
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Qadınsız çətindir həyatı sevmək, Sevgisiz həyat da bir həyat deyil.
Mən bir həqiqəti öyrəndim ancaq... Günah kişidədi ,qadında deyil...
Reklam
Bir qadın ömrünü girov qoymuşam bir şair ömrünü yaşatmaq üçün.....
Mən səni sevəndə yaz havasıydı, Neyləyim, taleyin gözü tökülsün. Həyatım əlində quş yuvasıydı, Quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, Qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, yuyur, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!-sənin ad günün, Biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün, Anı da tarixi bir hadisəymiş.
Yaşamaq üçün
Bəzi adamların qaçım gözündən təki sənin gözün üstümdə olsun. Xətrimə dəyiblər yenə, əzizim , xətrim, bilirsənmi, sığal istəyir. Mənim ürəyimdə ilham ağrısı, ilhamsız kəslərdən macal istəyir. Qulaq as efirdən gələn səsə: "Səadət hər kəsin öz əlindədi". Səadət hər kəsin öz əlindəsə, bizim çəkdiyimiz iztirab nədir?! gəl, görüm... gəl, görüm səni, necə darıxmışam bir qılıq üçün. Sonra evinizə ötürrəm səni, səni görməliyəm yaşamaq üçün.
Sayfa 45
54 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.