Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri 2. Cilt

İsmail Şıhlı

Seçilmiş Eserleri 2. Cilt Sözleri ve Alıntıları

Seçilmiş Eserleri 2. Cilt sözleri ve alıntılarını, Seçilmiş Eserleri 2. Cilt kitap alıntılarını, Seçilmiş Eserleri 2. Cilt en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Elm dediyin işıq kimi bir şeydir, çoxaldıqca qaranlığın ömrü azalır, adamın gözünə nur gəlir.
Sayfa 167Kitabı okudu
Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"
Reklam
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır.
İsmayıl Şıxlı - Dəli Kür
...oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar.
Sayfa 247 - "ŞƏRQ-QƏRB" nəşriyyatı, ƏşrəfKitabı okudu
Reklam
Mənim əlimdə heç nəyim olmasa da savadım var. Mən camaata bununla kömək eləyəcəm. Əgər hamı oxusa, savadlı olsa, belə haqsızlıqlar baş verməz. Biz cəhənnəm, heç olmasa bizdən sonra gələnlər yaxşı dolansınlar, xeyiri şərdən seçə bilsinlər. Bax, mənim istədiyim budur,
Sayfa 261 - "Dəli Kür" romanıKitabı okudu
A bala, Əhməd, mən bir şey başa düşə bilmirəm. - O nədi elə? - Bu uşaqlar sənin qohumun deyil, tanışın deyil, heç bir kənddə də anadan olmayıbsınız, sənə nə düşüb ki, özünü öldürürsən? İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir. - Eh, əmi, - deyə Əhməd dərindən köksünü ötürdü, - elə dərd də burasındadır ki, birbirimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Bir gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
Sayfa 166Kitabı okudu
İsmayıl Şıxlı - Dəli Kür
Gənclik qəlbinin sirlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyllərin, parıldayan qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını-hesabını, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən demək olurmu?!
Sayfa 72 - "ŞƏRQ-QƏRB" nəşriyyatıKitabı okudu
Siz vətəndaşlıq borcunu nədə görürsünüz? - Öz millətimin və vətənimin şərəfini ucaltmaqda. Zəninmcə, hər bir namuslu vətəndaş çalışmalıdır ki, öz hərəkətləri ilə mənsub olduğu xalqın yaxşı keyfiyyətlərini nümayiş etdirsin. Bə'zən bir adamın timsalında bütün xalq haqqında təsəvvür yaranır.
Reklam
İsmayıl Şıxlı - Dəli Kür
Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə Yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzüb parıldayır. O, tabe olmur, iynə ulduzu boyda da olsa yer tapır, özünə yol açır, kimə isə işıq verir.
Sayfa 313 - "ŞƏRQ-QƏRB" nəşriyyatı, Dmitri DmitriyeviçKitabı okudu
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.
Atalar və qızlar arasındakı bağlılıq....
Qoca kişi birdən-birə uşaq kimi kövrəlib qızının yolunu kəsdi. - Gəl səni bir də öpüm, bala, dünya ölüm-itim dünyasıdır. Güləsər hıçqırığını güclə boğdu. Atasını dönə-dönə öpdü.
Sayfa 144Kitabı okudu
Unutmayın ki, biz buraya qoşunla, ordu ilə gəlmişik. Süngülər, kazak qılıncları, qalalar olmasa, bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik.
Sayfa 381 - "Dəli Kür" romanıKitabı okudu
İsmayıl Şıxlı - Dəli Kür
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sinra ayılır.
Sayfa 48 - "ŞƏRQ-QƏRB" nəşriyyatıKitabı okudu
621 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.