Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Oscar Wilde

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qocalığın faciəsi onda deyil ki, insan qocalır; faciə bundadır ki, o, qəlbən cavan qalır... Hərdən özüm də öz səmimiyyətimə heyran qalıram!
– Bəs siz kimsiniz axı? – Müəyyən etdinsə, deməli, onu məhdudlaşdırırsan. – Ah, heç olmasa, mənə bir ipucu verin... – İplər qırılır. Siz labirintdə azmaq təhlükəsi ilə üzləşə bilərsiniz.
Reklam
– Qorxmayın! Bizim həmvətənlərimiz özlərini portretlərdə görəndə heç vaxt tanımırlar. – Axı onlar soyuqqanlı, praktik adamlardır... – Daha doğrusu, hiyləgər və ehtiyatlı adamlardır. Onlar haqq-hesab tərtib edərkən (yəni balans tutarkən) öz axmaqlıqlarını var-dövlətlə örtür, eyiblərini isə riyakarlıqla...
Elə günahlar var ki, onları xatırlamaq törətməkdən daha şirin gəlir adama; məsələn, qələbələr var ki, səndə ehtirasdan daha çox qürur doğurur; sənin qəlbindəki sevinc duyğularını oyadır və bu sevinc hissi digər hisslərdən fərqlənir.
Bilirsiniz, bizim ölkədə ağlına və başqa keyfiyyətlərinə görə bir adam ki qabağa getdi, dərhal ağzıgöyçəklər başlayırlar onun barəsində dedi-qodulara.
Sayfa 180 - Şərq-QərbKitabı okudu
Keçmişi hər zaman peşmançılıq hissiylə, unutmaqla və ya inkar etməklə ütüləmək olar. Gələcək isə qaçılmazdır.
Sayfa 146 - Şərq-QərbKitabı okudu
Reklam
Cavan qalmağın sirri bundadır ki, həyəcandan qaçasan, nigarançılıqdan uzaqlaşasan. Onlar adamı dəli edir.
Sayfa 108 - Şərq-QərbKitabı okudu
Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirlərini açsın; lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri erkən açılır; bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat!); o, birbaşa insanın ağlına və hisslərinə təsir göstərir. Lakin hərdən elə də olur ki, sənətin bu missiyasını öz üzərinə hansısa bir mürəkkəb qəlbli insan götürür; bu adamın özü də əsl sənət əsəridir; çünki həyat da poeziya kimi, yaxud heykəltəraşlıq və ya rəssamlıq kimi öz şah əsərlərini yaradır.
Sayfa 80 - Şərq-QərbKitabı okudu
Necə edim ki, o, mənə vurulsun? Mən Romeonu rəqib etmək istəyirəm, qoy o, qızı mənə qısqansın! Mən istəyirəm ki, dünyanın bütün ölən aşiqləri qəbirdən bizim sevgi dolu şaqraq gülüşlərimizi eşidib qəm dəryasına batsınlar! Qoy bizim ehtiraslarımızın nəfəsi onların ruhlarını titrətsin, oyadıb iztirab içində qovursun! İlahi, mən onu necə də çox sevirəm, Harri!
Sayfa 77 - Şərq-QərbKitabı okudu
Kişilər yorulduqları üçün evlənirlər; qadınlar isə hər şeylə maraqlandıqları üçün ərə gedirlər. Axırda izdivac hər ikisinə məyusluq gətirir.
Sayfa 68 - Şərq-QərbKitabı okudu
Reklam
Emosiyalar ona görə yaxşıdır ki, bizi bu həqiqət yolundan sapındırır, elm isə ona görə yaxşıdır ki, orada emosiya yoxdur.
Sayfa 62 - Şərq-QərbKitabı okudu
...Başqa bir adam üzərində öz təsir gücünü yoxlamaq necə də maraqlıdır! Heç bir iş bunun qədər maraqlı ola bilməz!
Sayfa 56 - Şərq-QərbKitabı okudu
...hər görünən gözəllikdə hansısa faciə gizlənir! Ən gözəl gülü yetişdirmək üçün gərək əziyyət çəkəsən; çiçəklərin açılması doğuş ağrıları kimi bir şeydir, gərək onu da yaşayasan ki, doğula biləsən.
Sayfa 56 - Şərq-QərbKitabı okudu
"Sənətkar gözəl əsər yaratmalıdır, ora şəxsi həyatını soxmamalıdır".
Sayfa 29 - Şərq-QərbKitabı okudu
"Nə qədər kədərli olsa da, şübhəsiz, dahilik gözəllikdən daha əbədidir".
Sayfa 30 - Şərq-QərbKitabı okudu
1.271 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.