Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

John Steinbeck

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
HƏYƏCANLARIMIZIN QIŞI
Adamın pulu nə qədər çox olsa, ona bir o qədər az görünür.
Sayfa 693Kitabı okudu
HƏYƏCANLARIMIZIN QIŞI
Qadınlara görə ən yaxşı sərmayə elə ev üçün alınmış şeylərdir. Almaq istədikləri şeyləri də əvvəlcədən ağızdolusu tərifləyirlər.
Sayfa 710Kitabı okudu
Reklam
HƏYƏCANLARIMIZIN QIŞI
Həyat prinsipi yol kənarındaki hərəkət nişanlarına bənzəyir. Əməl etməsən, uçuruma yuvarlanarsan.
Sayfa 712Kitabı okudu
Hər kəsi özü kimi bilmək...
Elə adamlar var ki, başqalarının dürüst hərəkətlərinə də şübhə ilə yanaşıb şərəfsiz motivlər axtarırlar.
Sayfa 718 - HƏYƏCANLARIMIZIN QIŞIKitabı okudu
Reklam
HƏYƏCANLARIMIZIN QIŞI
Dar məqamda əlacı kəsilən adamın son çarəsi düşünməməkdir. Fəqət getdikcə böyüyən problemlər tədricən insanın zehninə nüfuz edir, şüuraltına yeriyir, ona daha əvvəl gələnlərlə qarışır və beləcə xirtdəyəcən bədbinlik, çarəsizlik, günahkarlıq içinə girən o kəs bütün mənəviyyatı tox saxlamaq naminə əzabla çırpınır. Məncə, psixoanalizin başbilənləri bu cür təsəvvür kompleksi ilə ətraflı məşğul olmaq yerinə, bir gün başımızın üstünü qara buludlar kimi saran müharibələrin əsl səbəblərini, o militarist beyinləri çözməyə çalışsalar, yaxşı olar.
Sayfa 739Kitabı okudu
HƏYƏCANLARIMIZIN QIŞI
Ayrı - ayrı insanlar kimi, cəmiyyətlər də sağlam, xəstə, hətta gənc və ixtiyar, ümidli və sıxıntılı olur.
Sayfa 744Kitabı okudu
Tam da bu!
İnsanın oda öyrəşməsi üçün, bəlkə də, yarım milyon il lazım olub. Fəqət oddan-alovdan da qorxulu olan bu qüvvəni dərk etməyə heç on beş milyon il də bəs eləməz. Onu ram edəcək başqa bir şey tapılmayacaqmı? Əgər mənəviyyat aləminin qanunları şeylər aləminin qanunları ilə eyniləşərsə, ruhun məğzi dəyişərmi, görəsən? Budurmu mənim, bizim hiss etdiyimiz?
Sayfa 740 - HƏYƏCANLARIMIZIN QIŞIKitabı okudu
Reklam
ÇÜNKİ İNSAN OĞLU ÖLÜM ALƏTLƏRİ OLMADAN ACİZDİ...
O jetlər ki, ölüm alətinə çevriliblər. Amma yenə də onların istehsalına nə qədər zəhmət, zaman və pul sərf edirlər.
Sayfa 741 - HƏYƏCANLARIMIZIN QIŞIKitabı okudu
ZORAKILIĞA "YOX"DEYİRİK
Kosmosa raketlər buraxa bilirik, amma hirs və iztirablarımızı ram edə bilmirik.
Sayfa 741 - HƏYƏCANLARIMIZIN QIŞIKitabı okudu
HƏYƏCANLARIMIZIN QIŞI
Məncə, uğursuzluq insan psixikasına təsir edən ən mühüm amildir. Qarışqaların eşdiyi qum çuxurlarına bənzər bir şeydir uğursuzluq. İçinə düşəndə çapaladıqca sürüşürsən. Oradan çıxmaqdan ötrü qüvvətlə sıçramaq lazımdır.
Sayfa 749Kitabı okudu
HƏYƏCANLARIMIZIN QIŞI
İtirdiyi şeylər insanı çox düşündürür. Deyilənə görə, insanların yüzdə doxsanı keçmişi ilə, yüzdə yeddisi isə bu günü ilə yaşayır. Demək, gələcək üçün yalnız yüzdə üç faizi yaşayır.
Sayfa 749Kitabı okudu
ŞƏRƏFLƏ SEVMƏK...
Şərəfsiz iş tutan adamın şərəflə sevməsi necə mümkün ola bilər?
Sayfa 753 - HƏYƏCANLARIMIZIN QIŞIKitabı okudu
58 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.