Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Mihail Şolohov

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sönməkdə olan gözlərə baxaraq yıxıldı; qan sağılmış göz qapaqlarını qaldırıb, gücsüz, taqətsiz bədəni silkələdi... Amma Nikolka dilinin göyərmiş ucunu bərk dişləmişdi, sanki, nə isə son dərəcə böyük və mühüm bir şeyi ağzından qaçırmağa qorxurdu. Ataman oğlunun soyuyan əllərini sinəsinə basaraq öpdü və dişlərini mauzerin tərləmiş poladına bərk-bərk basıb gülləni öz ağzına sıxdı”. 
Bəli, yaşa dolmuş, müharibə illərində saçı ağarmış kişilər ancaq yuxuda ağlamırlar, onlar oyaq da olanda ağlayırlar. Burada əsas məsələ bacarıb vaxtında üzünü yana çevirməkdir. Burada əsas məsələ uşağın qəlbini yaralamamaqdır: o gərək sənin yanaqlarından axan bir neçə damla göz yaşını görməsin, kişilərin axıtdığı odlu göz yaşını...
Reklam
Uşaq yaddaşı yayda çaxan ildırım kimidir, bir anda parıldayır, hər yeri işıqlandırır, yenə də sönür. Onun da yaddaşı ildırım kimi çaxıb-sönürdü.
Mənim Anatolimin yoldaşları, dostları göz yaşlarını silirdilər, amma mənim gözümdən yaş çıxmırdı, görünür mənim göz yaşım ürəyimdə qurumuşdu... Bəlkə də, ona görə ürəyim belə ağrıyır?..
Qardaş, əsirlikdə başıma gələn müsibətləri yada salmaq mənim üçün əzabdır, amma onları danışmaq daha artıq əzabdır!..
"Yoldaş Krıjnyov, məni ələ vermə?" "Yoldaşlar cəbhənin o tayında qaldı, mən sənin yoldaşın-zadın deyiləm. Sən də heç məndən xahiş eləmə, mən hər necə olsa, sənin kim olduğunu deyəcəyəm. Hər kəsin canı özünə şirindir!"
Reklam
"Yaralı olan varmı?" Bax əsl həkim buna deyərlər! Əsir də düşsə, lap qaranlıqda da öz borcunu yerinə yetirirdi.
Kənardan baxanda adama çox da elə qəşəng görünmürdü; mən axı ona kənardan baxmırdım - o, mənim canım-ciyərim idi! Dünyada mənim üçün ondan daha gözəl, ondan sevimli bir insan yox idi, olmayacaq da!
Siz heç ömrünüzdə, sanki, kül tökülmüş, ağır kədər çökmüş gözlər görmüsünüzmü? Elə gözlər ki, adam onlara baxa bilmir... Təsadüfən rast gəldiyim bu adamın da gözləri belə idi.
Sən varlı adama oxşayırsan,- papiros çəkirsən.
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.