En Eski Seçilmiş Əsərləri kitaplarını, en eski Seçilmiş Əsərləri sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri yazarlarını, en eski Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Danosbazlıqdan xalqı tovluyub hər şəklə düşməkdə,
Təqəllübdə, qərəzdə heyrətə şayan olan könlüm.
Orucluqda, məhərrəmdə satan xəz xirqə düşmənə,
O aylardan sora hərrac edib üryan olan könlüm.
Əncümənlər hər tərəfdə özgə bir şəkl aldılar,
Dövreyi-mənhusi-İstibdadı yada saldılar,
Vadiyi-cəhlü cəhalətdə hərasan qaldılar,
Əhdü peymanı, hüququ dandılar iranlılar.
Heç rəvadırmı əkinçi, ciftçi yeksər kam ala?
Nazi-pərvər şahzadə küçələrdə ac qala,
Müslümü gəbrü nəsarayə bərabər ədl ola,
Mərhaba olsun ki, qədrdandılar iranlılar.
Altı min illik hökumət millətə əyməz boyun,
Heç görübsənmi, çobansız otlaya bilsin qoyun?
Düşdü meydanə beş-on dinsiz çıxartdı min oyun,
Ol oyundan, iştə, bağrı qandılar iranlılar.
Belə bir qövm ki, daim səni təhqir eliyir,
Nə deyirsənsə onu tərsinə təbir eliyir,
Axtarır cüzi bəhanə səni təkfir eliyir,
Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar?
Çox danışsan tükünü küçədə, meydanda yolar.