Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Əliqulu Qəmküsar

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünya olubdu yanğın, bir qətrə su tapılmır, Un yox, qəhətdi buğda, xalis çörək tapılmır, Kimdir desin soyulmur, kimdir desin çapılmır, Kimdir desin söyülmür, kimdir desin qapılmır? Məzlum olursa aclar, çox xoşdur əğniyayə.
Sayfa 70 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Bizə lazımdı ki, hər işdə olaq köhnəpərəst, Gəlməsin şənimizə köhnəpərəstlikdə şikəst, Biz qəbul eyləmişik çünki onu ruzi-ələst, Olsa hürriyyət əgər aləmə qismət, bizə nə?
Sayfa 68 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Reklam
İranlılar
Altı min illik hökumət millətə əyməz boyun, Heç görübsənmi, çobansız otlaya bilsin qoyun? Düşdü meydanə beş-on dinsiz çıxartdı min oyun, Ol oyundan, iştə, bağrı qandılar iranlılar.
Sayfa 29 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Aləmi-islamə vurub min ləkə, Sünniyə yanmaz ürəyi bir tikə, Türk adı yanındaca hər kəs çəkə, Güllə vurur, eylə bil, iranlıya.
Sayfa 36 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Şeytan işidir, düşmə yaxın dərsə, kitabə, əfsanəyə uyma. Bel bağlama hər naxələfə, qəlbi xarabə, bihudə suyulma.
Sayfa 108 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Belə bir qövm ki, daim səni təhqir eliyir, Nə deyirsənsə onu tərsinə təbir eliyir, Axtarır cüzi bəhanə səni təkfir eliyir, Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar? Çox danışsan tükünü küçədə, meydanda yolar.
Sayfa 46 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Reklam
Bu işləri görən yox, kordur tamam gözlər, Əntiqə bir vücuduq dünya üzündə bizlər, Meydanda əyrilərdir, çıxmış kənara düzlər. Cürətlənib deyən yox, çoxdursa gərçi sözlər, Bir beş nəfər tapılmır versin səda sədayə.
Sayfa 70 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!
Sayfa 89 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Məlum, güclü kəslər xalqın qanın içirlər, Hər işdə, fürsət oldu, insafdan keçirlər. Bu binəva rəiyyət, hər cür kəsib-biçirlər, Məcbur olurlar axır hər yerdə xan seçirlər, Onlar özün hər işdə çünki soxur arayə.
Sayfa 69 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Gülsün ol kəslər ki, dünyanı xərabistan sevər, Hər nə var şeytan gülərsə gülsün, insan gülməsin.
Sayfa 58 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.