Seçilmiş Əsərləri I.Cild

Seyid Əzim Şirvani

Seçilmiş Əsərləri I.Cild Gönderileri

Seçilmiş Əsərləri I.Cild kitaplarını, Seçilmiş Əsərləri I.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri I.Cild yazarlarını, Seçilmiş Əsərləri I.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
O xali-filfilin, ey gülbədən, yandırdı üşşaqı, Düşübdür xirməni-əhli-dilə bir danədən atəş.
Reklam
Gerçək imiş.
Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş. Lǝbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş. O dəhən fikri ilə cümlə yox oldu varım, Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş. Hər gələn adəm edər canü könüldən təsdiq. Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm, Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş. Qaşların nuni-qələm, qəddin Əlif, zülfün lam, Üzüvi sureyi-quran dedilər, gerçək imiş. Yerü göy, ərşü mələk nurüvə eylər səcdə, Səni kim, aləmə sultan dedilər, gerçək imiş. Sənəma, səndə təcəlla eləyib həzrəti-haq. Surətin surəti-rəhman dedilər, gerçək imiş. Hüsnüvə aşiq olan oldu mələkdən əla, Münkiri-fəzlüvə şeytan dedilər, gerçek imiş. Seyyidin-zahir olub şeri-şəkərbarından Ləbi-ləlin şəkəristan dedilər, gerçək imiş.
Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs, Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. Aşiq azadə gərəkdir ki, dönər zindanə Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs.
Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.
Yüz sərvi-xuraman ola, könlüm səni istər, Yüz baği-gülüstan ola, könlüm səni istər. Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara, Yüz min məhi-taban ola, könlüm səni istər. Bu zülməti-zülfündə ləbin abi-bəqamız, Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər. Ey xublərin şahı, könüldür sənə talib, Aləm hamı xuban ola, könlüm səni istər. Ey dust, bizə huriyi-qılman nə gərəkdir, Yüz huriyi-qılman ola, könlüm səni istər. Seyyid degiləm bənd olam hər bir güli-alə, Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Reklam
30 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.