7-Cilddə 1-ci Cild

Seçilmiş Əsərləri I.Cild

Nəriman Həsənzadə

Quotes

See All
Heç nə daha istəmirəm(
- Ata, güllü bir corab al, heç nə daha istəmirəm. Sən tülkülü bir kitab al, heç nə daha istəmirəm. Bir plaş al, iki bayraq, bir qara zont, bir ağ papaq... heç nə daha istəmirəm.
Reklam
Bu dünya nərdivandı,- Qalxanda mehribandı, Enəndə nə yamandı... Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırırdı nərdivan, Məni xatirələrə Endirirdi Bu zaman. Birimiz-günçıxana, Birimiz günbatana... Qalxa bilməzdim daha, Nə o güc,nə o taqət. O da enə bilməzdi,- Haqlı,haqsız Vermişdi,öz hökmünü təbiət, Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya...
Mənim kitabımı ucuz eləyin, tələbələr üçün, fəhlələr üçün, hardasa, lap kasıb bir nəfər üçün, maaşı aşağı olanlar üçün, şəhərdə kirayə qalanlar üçün, oxumaqdan ötrü alanlar üçün, çörək qiymətinə, duz qiymətinə, qoy sonra qalxsın o öz qiymətinə.
SƏN BAĞIŞLADIN
Bəstəkar: Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı, göydə buludları, yerdə dumanı, dənizdə dalğanı sən bağışladın, bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini, dünyanın ən gözəl çəmən ətrini qumlu sahillərdə sən bağışladın, o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm, bir könül xoşluğu, bir az təbəssüm. Onu da, bunu da sən bağışladın, dünyanı dünyada sən bağışladın. 1978
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.