Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şerlok Holms - Al Qırmızı Etüd

Arthur Conan Doyle

Şerlok Holms - Al Qırmızı Etüd Sözleri ve Alıntıları

Şerlok Holms - Al Qırmızı Etüd sözleri ve alıntılarını, Şerlok Holms - Al Qırmızı Etüd kitap alıntılarını, Şerlok Holms - Al Qırmızı Etüd en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Məncə onlar cinayətkarın yaxalanması üçün çox az iş görmüşdülər, - dedim. - Bu dünyada nə qədər iş görməyin əsas deyil, - Holms məyus halda dedi. - Əsas odur ki, insanları çox iş gördüyünə inandırasan...
Sayfa 152 - Qanun nəşriyyat
...başla hərdən fikirləşmək lazımdır, onu bəzək kimi daşımaq yox.
Reklam
Məlumat olmadan nəzəriyyə irəli sürmək kobud səhvə yol verməkdir. İnsan bilməyərək nəzəriyyəni faktlar əsasında qurmaqdansa, faktları öz nəzəriyyəsinə uyğunlaşdırır.
-Bilirsiniz, - o dedi, - mənə elə gəlir ki, insan beyni kiçik və boş çardağa oxşayır, istədiyin kimi oranı qura bilərsən. Axmaq, əlinə düşən hər tör- töküntünü ora doldurduğundan, yararlı, vacib əşyalara yer qalmaz, ən yaxşı halda isə bu qədər zir - zibilin içindən onu axtarıb tapa bilməz. Ağıllı adam isə beyin çardağına yığacağı şeyləri çox diqqətlə seçir. O, yalnız işinə lazım olan alətləri götürər, ancaq bu alətlər çox olduğu üçün onları nümunəvi şəkildə düzər. İnsanlar nahaq yerə düşünür ki, bu balaca otağın divarları elastikdir və onu nə qədər lazımdırsa genişlətmək olar. Sizi əmin edirəm, vaxt gələcək, təzəni əldə edəndə, köhnədən nəyisə unudacaqsınız. Ona görə də, yol vermək olmaz ki, lazımsız məlumatlar vacib biliklərin yerini tutsun.
Sayfa 21 - Qanun nəşriyyatıKitabı okudu
Un sot trouve toujours un plus sot qui l'admire. Axmaq həmişə axmağı özünə heyran edər - (frans.)
Sayfa 64 - Qanun NəşriyyatıKitabı okudu
...mənə elə gəlir ki, insan beyni kiçik çardaq kimidir, oranı necə istəsən, elə də tərtib edə bilərsən. Axmaq adam əlinə düşən hər köhnə-kürüşü ora doldurar, yararlı, vacib əşyaları isə qoymağa yer olmaz, ən yaxşı halda bu qədər zir-zibilin içində onu axtarıb tapa bilməz. Ağıllı adam isə beyin çardağına yığacağı şeyləri ehmalca seçir. O, işinə lazım olan alətləri götürər, nümunəvi şəkildə ora düzər.
Reklam
Ruhumuzda dünyanın erkən və dumanlı çağlarına aid tutqun xəyallar qalıb.
"Popules me sibital, at mihi plaudo. İpse domi sirnul ac nummos contemplar in arca". "Qoy onlar məni fitə bassınlar, amma mən evdə əl çalıb, öz sandığımdan həzz alıram (Horatsi, Satiralar I, 66-67 -ci misralar)
Sayfa 159Kitabı okudu
Bu dünyada nə qədər iş görməyin əsas deyil, əsas odur ki, insanları çox iş gördüyünə inandırasan.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.