...mənə elə gəlir ki, insan beyni kiçik çardaq kimidir, oranı necə istəsən, elə də tərtib edə bilərsən. Axmaq adam əlinə düşən hər köhnə-kürüşü ora doldurar, yararlı, vacib əşyaları isə qoymağa yer olmaz, ən yaxşı halda bu qədər zir-zibilin içində onu axtarıb tapa bilməz. Ağıllı adam isə beyin çardağına yığacağı şeyləri ehmalca seçir. O, işinə lazım olan alətləri götürər, nümunəvi şəkildə ora düzər.