Şeytanın Ulduzu

Jo Nesbo

Şeytanın Ulduzu Gönderileri

Şeytanın Ulduzu kitaplarını, Şeytanın Ulduzu sözleri ve alıntılarını, Şeytanın Ulduzu yazarlarını, Şeytanın Ulduzu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
O keçmişə gülümsəyirdi, çünki indi onun sevinməyə bir şeyi yox idi.
Sayfa 274Kitabı okudu
The Devil's Star
Tək olmaq; bu hələ problem deyil. Heç kəsə lazım olmamaq isə çox çox pis şeydir.
international bestsellerKitabı okudu
Reklam
The Devil's Star
Onların üzünə baxma, o zaman özlərini sərbəst hiss edəcəklər. Özünü elə göstər ki, guya onların söylədikləri sənə elə də maraqlı gəlmir, onda onlar daha maraqlı şeylər söyləmək istəyəcəklər.
Beş rəqəmi bir çox ayinlərdə istifadə olunur.Qara magiyada, satanizmdə.Lakin bu rəqəm eyni zamanda dünyəvi dinlərdə də var. Məsihə vurulan beş yara.Beş dirək.İslamda beş vaxt namaz.Bir çox yazılı mənbələrdə beş "insan rəqəmi " adlandırıb, çünki beş hissimiz və həyatımızın beş dönəmi var.
Pentagram/ mar xaçıKitabı okudu
Bəzi qoxuları beyin qəbul etməkdən imtina edir və ya qarışıq salır, xoş qoxuları ən pis kimi qəbul edir.Kitabda izah edilirdi ki, qoxu bilmənin belə pozulması emosional travmalarla bağlı olur.
Reklam
-Harry, mən yalnız Sven Sivertsenin ifadəsinə qulaq asdım. Onunla daha sonra görüşə bilərsən,lakin mən artıq indi sənə deyə bilərəm, nə baş verəcək. O hər şeyi hesablaya bilən hiyləgər bir şeytandır. Çox inandırıcı bir şəkildə özünü dəliliyə vuracaq , iclasçıları və psixoloqları aldadacaq və onu həbsxanaya göndərməkdən qorxacaqlar. Bir sözlə, psixiatriya şöbəsinə qəbul olunacaq, burada özünü nümunəvi aparacaq və bir -iki ildən sonra evə buraxılacaq. Elə də olacaq, Harri. Bax cəmiyyətin bizi əhatə edən zibilləri ilə belə davranırıq.Onlardan canımızı qurtarmaq əvəzinə buradan oraya, oradan buraya yer dəyişdiririk, başa düşmürük ki, zibillər çürüyür və ev yoluxmuş, pis iyli siçovulların yuvasına dönəcək , onda artıq çox gec olacaq. Cinayətlərin artıq məhv edilə bilməyəcəyi qədər gücləndiyi ölkələrə bax. Çox təəssüf ki, dövlətin pulu artıq çoxdur və siyasətçilər əliaçıqlıq və alicənablıq nümunəsi göstərirlər.Biz problemlərin məsuliyyətini üstümüzə götürmək üçün çox yumşaq və tüklü olmuşuq. Başa düşürsən ? - Hə hə. -Bizim səhnəyə çıxmağımızın vaxtı gəldi, Harri. Məsuliyyəti öz üzərimizə götürəcəyik. Demək olar ki, biz cəmiyyətin üzərinə almağa qorxduğu zibilləri təmizləməklə məşğul olacıyıq.
Tom VölerKitabı okudu
Tək olmaq - bu hələ problem deyil. Heç kəsə gərək olmamaq çox-çox pisdir
Olauq SivertsenKitabı okudu
Tamaşanı təşkil etmək- yalnız buna qadirəm, Hole. Lakin bilirsinizmi sonra nə olur? Azacıq uğur başımızı gicəlləndirir. Yalnız ona görə ki, bir-iki dəfə dediyimiz kimi oldu,özümüzü Tanrı hesab edirik və ya xoşbəxtliyin yaradıcısı.Sonra birdən belə bədbəxt, qəmgin bir şey .Onda biz başa düşürük, əslində biz nə qədər acizik...
Vilhem BarliKitabı okudu
493 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.