Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sizif Haqqında Mif

Albert Camus

Sizif Haqqında Mif Sözleri ve Alıntıları

Sizif Haqqında Mif sözleri ve alıntılarını, Sizif Haqqında Mif kitap alıntılarını, Sizif Haqqında Mif en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Kədərli olmağın iki səbəbi olur: o ya bilməzlikdən, ya da ümidlərin doğrulmamasından irəli gəlir."
"Bu absurd və allahsız dünya gələcəyə ümidini itirmiş aydın düşüncəli insanlarla doludur."
Sayfa 110Kitabı okudu
Reklam
Kölgəsiz günəş yoxdur və gecəni dərk etmək lazımdır.
Sayfa 143Kitabı okudu
Estetikanın bir qaydası bundan ibarətdir. Əsl sənət əsəri həmişə insana bənzəyir – mahiyyətcə daim nəyi isə “axıra qədər danışmır”.
Sayfa 116Kitabı okudu
Əgər hər şey özlüyündə qiymətlidirsə, onda hər şeyin qiyməti eynidir.
"Əgər mən ağac, yaxud heyvan olsaydım, onda mənim üçün həyatın mənası olardı. Daha dəqiq ifadə etsək, mənim üçün mahiyyət problemi aradan qalxardı və mən bu dünyanın bir hissəsi olardım. Kaş, lap əvvəldən bütün şüurumla, sərbəstlik tələbimlə qarşı-qarşıya durduğum bu dünyanın bir hissəsi olaydım! Heç nəyə dəyməyən bu dəyərsiz idrak məni bütün yaranışla üz-üzə qoymuşdur və bunu qələmin ucu ilə inkar edə bilmirəm. Mən çox istəsəm də, açıq-aşkar həqiqət hesab etdiklərimi tutub saxlaya bilmirəm. Bu konfliktin, dünya və şüur arasındakı bu uyuşmazlıqların kökündə konfliktin dərk olunmasından başqa nə ola bilər? "
Reklam
Bütün iztirablara baxmayaraq, yaşamaq, yaxud ondan imtina etmək sualına cavab verərək yaşamaq və fikirləşmək lazımdır.
repeat
Biz müxtəlif səbəblərə görə, hər şeydən öncə isə vərdiş sayəsində bizdən tələb olunan fəaliyyətimizi davam etdiririk.
"Ümumiyyətlə, insanın azad olması məni maraqlandırmır, mən yalnız öz azadlığımı hiss edə bilərəm. Mənim azadlıq haqqında ümumi təsəvvürüm yoxdur, amma bu barədə bir neçə aydın ideyalarım vardır. Ümumiyyətlə, azadlıq probleminin mənası yoxdur, ona görə də bu, hansısa şəkildə Allah problemi ilə bağlıdır. İnsanın azad olduğunu bilmək üçün onun hər hansı ağasının olub-olmamasını bilmək kifayətdir. Bu anlayışların eyni olması onu xüsusilə absurd edir və azadlıq problemini qarşıya qoyur, eyni zamanda da onu hər cür mahiyyətdən məhrum edir. Çünki Allahın iştirakını nəzərə aldıqda, azadlıq problemindən daha çox şər problemi yaranır. Bunun alternativi məlumdur: ya biz azad deyilik, şərə görə məsuliyyəti hər şeyə qadir olan Allah daşıyır, ya da biz azadıq, hər şeyə cavabdehik və Allah hər şeyə qadir deyildir. Müxtəlif məktəblərin bütün incəlikləri bu paradoksun ciddi kəskinliyinə indiyədək heç bir şey əlavə edə bilməmişdir."
"Zaman bizi fərəhsiz həyatla günbəgün irəli aparır, amma elə bir an gəlib çatır ki, çiyinlərini yükün altına verməli olursan. Biz daim gələcəklə yaşayırıq: "sabah", "sonra", "vəziyyət yaxşı olanda", "böyüyəndə başa düşərsən". Bu məntiqsizlik heyrət doğurur - axı, ən nəhayət, sonda ölüm yetişəcək! Zaman çatanda insan anlayır ki, məsələn, onun otuz yaşı vardır. Öz gəncliyini hələ hiss etdirsə də, yaşadığı zamanın içindədir, oradakı mövqeyini dərk edir, artıq qrafikin bəlli nöqtəsində olduğunu etiraf edir. O, zamana tabedir və dəhşətlə dərk edir ki, zaman onun qəddar düşmənidir. Əvvəllər onun da sabah barədə arzuları var idi. İndi isə bilir ki, onlardan imtina etmək lazım gəlir. Bax bu, keçid üsyanıdır, elə absurdun özüdür."
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.